t s

» » Azərbaycanın bir neçə rayonunda üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib - RƏSMİ İTTİHAM

Azərbaycanın bir neçə rayonunda üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib - RƏSMİ İTTİHAM

15-04-2019, 12:20 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Azərbaycanın bir neçə rayonunda üzrsüz səbəbdən ünvanlı yardım verilməsi halları aşkar edilib - RƏSMİ İTTİHAM2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad, Zaqatala, Gədəbəy və Şəmkir rayonlarında aparılmış auditlər üzrə ünvanlı dövlət sosial yardımının təyinatı və ödənilməsi ilə bağlı nöqsanlar müəyyən edilib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabatında bildirilir.

Hesabata görə, həmin nöqsanlar əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan sosial yardımın təyin edildiyi (01.04.2017-ci il tarixədək həyata keçirilmiş təyinatlar üzrə) aşkarlanıb.

Belə ki, müvafiq qanunvericilikdə sosial yardım təyin edilən ailənin maddi-məişət şəraitinin əyani müayinə edilməsi ilə bağlı tələb nəzərdə tutulsa da, 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə təyin olunan işlər üzrə həmin fəaliyyət həyata keçirilməyib.

“Nəticədə isə ailə tərkibi və faktiki yaşayış yeri haqqında təmsilçi tərəfindən təqdim edilmiş səhv məlumatlar vaxtında aşkar edilməyib, təmsilçi tərəfindən ailənin torpaq paylarından, yardımçı təsərrüfatdan gəlirləri haqqında məlumatların təqdim edilməməsi, müxtəlif dövrlərdə bağlanmış hesabların qalıqlarının araşdırılmaması hallarına rast gəlinib. Həmçinin, inteqrasiya olunması nəzərdə tutulan müvafiq elektron bazaların mövcud olmaması və ya qənaətbəxş səviyyədə olmaması səbəbindən bir çox səhv məlumatlar, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması, sosial yardımın üzrsüz səbəbdən 3 aydan artıq müddətdə alınmaması VEMTAS vasitəsilə də aşkar edilməyib, nəticədə hesablarda qalmış vəsaitlərlə birlikdə ünvanlı dövlət sosial yardımı üzrə ümumilikdə 735,0 min manat vəsait artıq ödənilib. Əvvəlki dövrlərdə təyin edilmiş və müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə hesablarda ümumilikdə 50,5 min manat vəsait qalığı olub, həmin vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub”, - deyə hesabatda bildirilir.

Bundan başqa, dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinət və təqaüdlərin təyinatı və ödənilməsi zamanı da nöqsanlara yol verilib, vətəndaşların sosial müavinət almaq hüququna malik olması vəziyyəti ətraflı araşdırılmayıb, əmək pensiyası almaq hüququ olan vətəndaşlara sosial müavinət ödənişi həyata keçirilib, nəticədə ümumilikdə 102,4 min manat artıq vəsait ödənilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:29 Azərbaycanda ünvanlı sosial yardımın təyinatı sadələşdiriləcək Gələn aydan. Azərbaycanın 12 dövlət strukturu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) inteqrasiya edilib. Bu barədə Mediaxeberleri.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az