t s

» » Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu

Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu

15-04-2019, 10:04 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olunduGürcüstan prezidenti Salome Zurabişvili Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.

Mediaxeberleri.az xəbər verir ki, “Novosti-Qruziya”nın yazdığına görə, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

Məlum olduğu kimi, Axalkalaki əhalisinin 85 faizi ermənilərdən ibarətdir və çoxları dövlət dilini məişət səviyyəsində bilir, habelə gürcü dilində ümumiyyətlə danışa bilməyən sakinlər də var.

O hər bir Axalkalaki sakininin gürcü dilini ən azından vətəndaşlıq almaq üçün imtahan verən xaricinin dil bilgisi səviyyəsində bilməli olduğunu vurğulayıb.

“Sizin və sizin uşaqlarınızın tamhüquqlu Gürcüstan vətəndaşları olmasını istəyirəm, ona görə, hamının ikili vətəndaşlıqdan yararlana bilməsi üçün çox işlər görmüşəm. Bu dəyişiklik artıq Konstitusiyada öz yerini tapıb və hazırda hər bir şəxs Gürcüstan vətəndaşlığını qaytara, bərpa edə bilər. Ancaq bunun üçün sizdən də bir addım tələb olunur. Dövlət dilini öyrənməlisiniz”, -deyə gürcüstanlı prezident bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az