t s

» » Ukraynada qurultay: azərbaycanlılar...

Ukraynada qurultay: azərbaycanlılar...

15-04-2019, 07:36 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Ukraynada qurultay: azərbaycanlılar...
Bu gün Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (RAU) təsis qurultayı öz işinə başlayıb.

Mediaxeberleri.az
xəbər verir ki, tədbir öncəsi qurultay nümayəndələri və qurultayda iştirak etmək üçün Kiyevə dəvət olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynanın xalq rəssamı Katib Məmmədovun sərgisinin açılış mərasimində iştirak ediblər.

Daha sonra Ukrayna Azərbaycanlıları Radasının əsas qərargahı kimi təklif olunan ofisə baxış keçirilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmək Cavadov qonaqları qərargahda yaradılmış şəraitlə yaxından tanış edib və bildirib ki, RAU-nun mərkəzi ofisinin burada yerləşməsi məqsədəuyğun olardı.

Görüşdə çıxış edən Komitə sədri Fuad Muradov RAU-nun yaradılmasına və bugünkü tədbirə görə Ukraynadakı diaspor rəhbərlərinə öz təşəkkürünü bildirib. O, deyib ki, bu ölkədəki Azərbaycan diasporu istər təşkilatlanma, istərsə də müxtəlif sahələrdə qazandığı uğurlar baxımından ən güclü diasporlardan biridir: “Ukraynadakı soydaşlarımız eyni zamanda çox vətənpərvər insanlardı. Biz sizinlə fəxr edirik”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis etdiyi medalla təltif olunub. Hazırlanmış 100 medaldan 100 nömrəlisi Fuad Muradova təqdim olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:38 AzTV-nin “sehirli” kamerası, diasporun harayı və səfirin hikkəsi –Kiyevdən reportaj III HİSSƏ “Xoş gördük, cənab səfir” demişdik ki, Azər müəllim açıldı, nə açıldı... Bir anlıq yerimizdəcə donub qaldıq. Kənardan müdaxilə edib, jurnalisti itələməyə cəhd edən də tapıldı: - Noolub ə, qaqaş? (Qaqaş ey...) - Ay yoldaş, qaqaşın 43 yaşı var... Ümumiyyətlə, siz kimsiz? Açığı
23:01 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq. Kiyevə çatıb, təzəcə
16:41 “Səfir çalışır ki, azərbaycanlılar bir-birini qırsın” – Kiyevdə Azər Xudiyevə qarşı piket keçiriləcək Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Təəssüflə qeyd edirik ki, aksiyanın təşkilatçıları Ukraynada yaşayan azərbaycanlılardır. Onlar bu aksiya ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fəaliyyətinə öz etirazlarını ifadə etmək niyyətindədirlər.
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:33 Nazim İbrahimov diasporla işləri çətinə salıb Diasporla İş üzrə Komitə sədrinin özünü təcrid siyasəti milli mənafeyimizə ciddi əngəldir Azərbaycanın xaricdəki diaspor təşkilatlarının keyfiyyət baxımından yenilənməsi çoxdandır ki, həllini gözləyən problemlərdən birinə çevrilib. Ölkədə və xaricdə fəaliyyət göstərən qurumların bu məsələni son

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az