t s

» » Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

14-04-2019, 20:33 Yazar:  Azad Baxılıb: 33 Çap et
Almaniyada vətəndaşlıq almağın – QAYDALARI
İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər.

Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğunu nəzərə alaraq, ölkəyə miqrasiya etməyin qaydalarını təqdim edirik.

Ekspert Azər Allahverənov Almaniyaya qanuni miqrasiya etməyin bir neçə yolunun olduğunu bildirib:

"Bunlardan biri milli mənsubiyyət amilidir. Belə ki, alman və ya yəhudi milli mənsubiyyəti olan şəxslər asanlıqla Almaniya vətəndaşlığı ala bilərlər”.

Ekspert bildirir ki, 1990-cı illərdə də bu cür milli mənsubiyyəti olan insanlar bu qaydalardan yararlanıblar:

"Bundan başqa irqi, dini, milli, siyasi baxışları və məxsus olduqları sosial qruplara görə də, Almaniyaya köç edə bilərlər. Belə ki, sadalanan sahələrdə ayrıseçkilikləri əsas gətirərək Almaniyaya miqrasiya etmək mümkündür. Amma sevindirici haldır ki, Azərbaycan tolerant ölkə olduğundan ölkəmizdə bu cür hallara görə hər hansı miqrasiya halları baş vermir.

Azərbaycan vətəndaşları, əsasən, ya təhsil, ya da əcnəbi vətəndaşlarla ailə quranda qürbətə üz tuturlar. Xaricdə təhsil almaq istəyən tələbələr üçün əsas şərt seçdikləri universitetə qəbul olmaq üçün uyğun bal toplamaqdır. Bundan sonra tələbənin əcnəbi ölkəyə köçməsi çətin olmur.

Əcnəbi vətəndaşla ailə qurarkən isə xarici vətəndaşa bir müddət müvəqqəti yaşamaq hüququ verilir. Misal üçün Azərbaycan vətəndaşı alman vətəndaşı ilə ailə qurursa və həmin ölkəyə köçürsə, o zaman Almaniyaya gələn əcnəbi vətəndaşa 1 ildən 3 ilə kimi müvəqqəti yaşamaq hüququ verilir. Göstərilən müddət başa çatdıqdan sonra isə əcnəbi vətəndaşın bu ölkədə qalıb qalmayacağına Almaniya məhkəməsi qərar verir.

Amma məhkəmənin qərarından öncə ailənin hansı statusa malik olması araşdırılır. Həmçinin, ailənin hansı şərtlərlə yaşadığı və hətta ailənin maddi gəlirləri belə nəzərə alınır.

Bundan başqa Almaniyaya gələn əcnəbi şəxs alman dilindən imtahan verməlidir. Dili öyrənmək istəyənlər üçün isə Almaniyada əcnəbilər üçün pulsuz kurslar təşkil olunur”.

Ekspert A.Allahverənov psixoloqların cütlüklərlə söhbət etdiklərini və vətəndaşlıq almaq xatirinə qurulan ailə münasibətlərini aşkar etmək iqtidarında olduqlarını bildirir:

"Yalnız bütün bu proseslərdən sonra Almaniya vətəndaşlığı verilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:55 Almaniyada vətəndaşlıq almağın – QAYDALARI İndi dünyada daha çox tələb olan sahələrdən biri də miqrasiyadır. Əsasən, inkişaf etməkdə olan ölkələrin vətəndaşları inkişaf etmiş ölkələrə gedirlər. Azərbaycandan da başqa ölkələrə üz tutanlar artır. Vətəndaşlar arasında Almaniyaya marağın çox olduğunu nəzərə alaraq Mediaxeberleri.az bu ölkəyə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az