t s

» » Şəhidimiz Qazaxda dəfn olundu – FOTO

Şəhidimiz Qazaxda dəfn olundu – FOTO

14-04-2019, 16:04 Yazar:  Firuzə Baxılıb: 262 Çap et
Şəhidimiz Qazaxda dəfn olundu –  FOTO
Qar uçqununa düşərək həlak olan hərbçilərdən biri - Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub.

Mediaxeberleri.az xəbər verir ki, o, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov və RİH-in əməkdaşları, habelə hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, mərhumun komandirləri və hərbçi yoldaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı mərhumun atasına təqdim edilib. Yaylım atəşindən sonra Hafiz Abdullayev dəfn edilib.

Qeyd edək ki, martda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. Qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Qeyd edək ki, Hafiz Abdullayev ailəlidir, 3 övladı var.



Şəhidimiz Qazaxda dəfn olundu –  FOTO
Şəhidimiz Qazaxda dəfn olundu –  FOTO
Şəhidimiz Qazaxda dəfn olundu –  FOTO
Şəhidimiz Qazaxda dəfn olundu –  FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az