t s

» » Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib: Yaşamaq istəyirəm

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib: Yaşamaq istəyirəm

14-04-2019, 16:09 Yazar:  Aytən Məmmədli Baxılıb: 64 Çap et
Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib: Yaşamaq istəyirəm
Bir müddət əvvəl qaraciyər sirrozu diaqnozu ilə Sumqayıtda xəstəxanaya yerləşdirilən tanınmış aktyor Yalçın Səlimovun vəziyyəti ağırlaşıb.

Mediaxeberleri.az
bildirir ki, ona-ya açıqlamasında Y. Səlimov qarnına yığılan mayeyə görə özünü çox ağır hiss etdiyini deyir:

"Vəziyyətim son bir ildə pisləşdi. Ötən il həyatımda çətinliklər çox oldu. Depresiyaya düşdüm. Ötən ayın sonunda vəziyyətim daha da ağırlaşdı. 1 nömrəli Sumqayıt şəhər xəstəxanasına yerləşdirildim. Müalicələr aparıldı, iynə-dərman qəbul etdim. Sağ olsun həkimlər, çox raziyam. Diqqət və qayğıyla yanaşırlar. Amma müalicə səhhətimə elə də müsbət təsir göstərmədi. Səhhətimdə daha da pisləşmə gedir. Özümü reklam etməyi sevmirəm. Təəssüf ki, xəstəliyimə görə tanındım. Amma artıq məcburam ki, insanlardan, dövlətimizdən kömək istəyim. Artıq həyatla ölüm-dirim mübarizəsi aparıram. Övladlarım var, yaşamaq istəyirəm. Bu vaxta kimi kimdənsə kömək istəmədim. İndi mənim sizlərin köməyinizə ehtiyacım var. Açıq danışacağacam. Mənim qaraciyərim artıq öz funksiyasını itirərək sıradan çıxıb. Təcili olaraq qaraciyər transplantiyasına ehtiyacım var. Sentyabra kimi qaraciyərim mütləq dəyişilməlidir. Ümid edirəm ki, Azərbaycan xalqı məni ölməyə qoymayacaq. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Yalçın Səlimov 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışır.
Teatrın repertuarında olan tamaşalarda maraqlı obrazlar ifa edib. 46 yaşlı aktyor Yalçın Səlimovun özünəməxsus yaradıcılıq yolu var.

Xatırladaq ki, martın 26-da aktyorun vəziyyəti pisləşərək Sumqayıtda xəstəxanaya yerləşdirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:48 Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi 29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
09:08 Həsən ağa qüdrəti... 23 fevral tarixi Xalq artisti, "Şöhrət" ordenli aktyor Həsən Turabovun anım günüdür... 2003-cü ilin fevral ayının 23-ü-bazar günü idi. Marta nə qalmışdı ki... Qarşıdan yaz gəlirdi, Novruz kandarda, havada ümidli günlərin qoxusu. Yaz özü ilə bərabər yeni, uğurlu, sevincli günlər gətirəcəkdi.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az