t s

» » Azərbaycan voleybolçusu dünya rekordu vurdu

Azərbaycan voleybolçusu dünya rekordu vurdu

14-04-2019, 13:33 Yazar:  Aytən Məmmədli Baxılıb: 33 Çap et
Azərbaycan voleybolçusu dünya rekordu vurdu
Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Yana Kulan dünya rekorduna imza atıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, “Toray”da klubunda legioner həyatı yaşayan təmsilçimiz Yaponiya V-Liqasında fərqlənib.

O, “Hisamitsu” ilə final mərhələsinin ikinci qarşılaşmasında 60 xal yığıb. Bununla da millimizin üzvü voleybol tarixinə bir matçda ən çox xal toplayan oyunçu kimi düşüb.

Y.Kulanın komandası son çempiona uduzsa da, voleybolçumuz tarixə düşüb. Təmsilçimiz kişi voleybolçuların rekordçusu, bir oyunda 59 xal toplayan Leonardo Leyvanı da arxada qoyub. Yanaya qədər qadınlar arasında rekord yığmamızın lideri Polina Rəhimovaya məxsus idi – 58 xal.

Qeyd edək ki, "Toray" finalda “Hisamitsu”ya "Qızıl set"də uduzub. Y.Kulanın komandası ilk matçdakı 0:3 hesablı məğlubiyyətin revanşını alsa da, "lotereya"da uduzub. 32 yaşlı hücumçumuz da rekordu məhz 3:2 (29:31, 25:19, 25:23, 23:25, 15:13, qızıl set 18:25) hesablı qələbə qazandıqları matçda vurub. Yekunda voleybolçumuz V-Liqasının gümüş medalına da yiyələnib.

O, eyni zamanda Yaponiya çempionatını ən məhsuldar oyunçusu və ən yaxşı top qəbuledicisi də seçilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
09:29 Polina Rəhimova dünya rekorduna imza atdı Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimova Yaponiya çempionatının matçında 58 xal toplayıb. Mediaxeberleri.az xəbər verir ki, bu, oyun ərzində yığılmış xallara görə dünya rekordudur. Polina Rəhimovanın mənafeyini qoruduğu “Toyota Auto Bod Kvinsis” komandası “Xitaçi Riveyl” ilə oyunda 3:2
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az