t s

» » Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir?

Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir?

13-04-2019, 13:26 Yazar:  Firuzə Baxılıb: 39 Çap et
Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir?Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Manolova finalədək Hena Yuhansonu (İsveç), Lutsie Mantskeni (Almaniya), Petra Ollini (Finlandiya) məğlub etdi.

Finalda isə yerli ölkəni – Rumıniyanı təmsil edən macar əsilli idmançı Krista İnçeni məğlub edərək Avropa çempionu oldu.

Elisin bu qələbəsinin özəlliyi isə ondan ibarətdir ki, hesabda 0:4 geridə olsa da, ardıcıl xallar toplayaraq geridönüş edə bildi və sonda 6:4 qalib gəldi.
Bununla da o, Manolova Mariya Stadnik və Yuliya Ratkeviçdən sonra Azərbaycana qadın güləşi üzrə böyüklər arasında Avropa birinciliyi qazandırdı. Bəs bu idmançı kimdir?

23 yaşlı Elis Manolova Bolqarıstan türküdür. O, 19 yaşında olanda millimizə cəlb olunub. Atası və şəxsi məşqçisi Filip Manolovla birgə Bakıya gəlib.

Elis vətəndaşlığını dəyişdirmək üçün iki ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən üç yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin Canan Manolova öz ölkəsində qalmağa qərar verib.

Elis Bakıda hazırlıq keçən bolqarıstanlı beşqat dünya və altıqat Avropa çempionu Stanka Zlatevanın (yeri gəlmişkən, 2012-ci ildə ona da Azərbaycanı təmsil etmək təklif olunsa da, o, imtina edib – S.M.) təcrübəsindən yararlanıb. Çünki Zlatevanın şəxsi məşqçisi vaxtı ilə Azərbaycanın qadın güləş millisini çalışdırmış Simeon Şterev olub.

Manolova əvvəl də qitə çempionu olub. Onun 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionluğu da var. Ancaq həmin çempionluq Bolqarıstanı təmsil edərkən qeydə alınıb.

Bundan başqa, o, Azərbaycan adından gənclər arasında iki dəfə Avropa ikincisi, iki dəfə isə dünya üçüncüsü olub. 23 yaşadək dünya və Avropa çempionatında isə müvafiq olaraq gümüş və bürünc medal qazanıb.

O, ötən il böyüklər arasında Avropa çempionatının finalında uduzsa da, bu dəfə ona finalda qalib gəlmək qismət oldu. Özü də o ötən il finalda uduzduğu finlandiyalı Petra Ollini bu dəfə yarımfinalda kürəyini döşəyə vurmaqla məğlub etdi.

2015-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş Manolova bu ilin əvvəlində Hindistan Liqasında da çıxış edib. O, Hacı Əliyevlə birgə “Yodha” klubunun üzvü kimi mübarizə aparıb.

Onun bu uğurları sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatında Elis Manolovanın mükafatçılar sırasına düşəcəyinə inamı artırır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az