t s

» » Heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirildi

Heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirildi

13-04-2019, 11:30 Yazar:  Firuzə Baxılıb: 72 Çap et
Heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirildiAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Əməkdar rəssam, heykəltəraş Münəvvər Rzayevanın 90 illik yubileyi keçirilib.

Tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilib.

Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olub. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil alıb. Əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini qranit, mərmər, bürünc və ağac materiallarından hazırlayıb.

Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst və barelyeflərini işləyib.
Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeydə), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.
Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar.

Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olub (barelyefin uzunluğu 82 sm, eni 59 sm).

M.Rzayeva 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərib.

Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb.

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az