t s

» » Azərbaycan qarşısına böyük hədəflər qoyub – Deputat

Azərbaycan qarşısına böyük hədəflər qoyub – Deputat

13-04-2019, 09:39 Yazar:  Firuzə Baxılıb: 66 Çap et
Azərbaycan qarşısına böyük hədəflər qoyub – Deputat
Prezdentin son bir ildəki fəaliyyəti birbaşa əhalinin rifah halının yaxşılaşmasına yönəlib.

Bu sözləri Axar.az-a bu sözləri İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin ildönümü ilə bağlı danışan millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, inkişafının yeni mərhələsini yaşayan Azərbaycanın son bir il ərzindəki həyatı böyük hadisələrlə əlamətdar olub:

“Ümumiyyətlə, 2018-ci il cari ilin üç ayı çox uğurlu olub. 2019-cu ilin yola saldığımız üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun 3 faiz artması Prezidentin düşünülmüş iqtisadi-sosial siyasətinin nəticəsidir. Bu il 3 milyondan çox insanın sosial rifahının yaxşılaşmasına töhfə verən sosial paket icra olunub. Bu mənada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varislərinə 11 000 manat vəsaitin ödənilməsi, minimum əmək pensiyaları və əməkhaqlarının, təqaüd və sosial müavinətlərin məbləğlərinin artırılması və s. onu deməyə imkan verir ki, ötən bir ildə ölkədə aparılan sosial siyasət öz faydasını verir”.

Millət vəkili Azərbaycanda sosial proqramlarının icrasının ardıcıl xarakter alacağını deyib:

“Bildiyiniz kimi, hazırda regionların sənayeləşməsi prosesi gedir, kənd təsərrüfatının inkişafı istiqamətində iri layihələr icra olunur. Regionlarda yeni emal sənayesi müəssisələri, anbar, logistik mərkəz, aqropark və yeni fermer təsərrüfatlarının yaradılması bunun bariz nümunəsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı IV Dövlət Proqramında qarşıya yeni hədəflər qoyulub. Bu proqramın icrası üçün 17 milyard manat nəzərdə tutulub”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az