t s

» » İki qadın güləşçimiz Avropa çempionatında bürünc qazandı

İki qadın güləşçimiz Avropa çempionatında bürünc qazandı

12-04-2019, 21:03 Yazar:  Firuzə Baxılıb: 82 Çap et
İki qadın güləşçimiz Avropa çempionatında bürünc qazandı
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Mediaxeberleri.az
xəbər verir ki, yarışda qadın güləşçilərimizdən Alyona Kolesnik startda isveçli rəqibini elə ilk dəqiqədə “tuşe” ilə məğlub edib. Macar idmançı ilə görüşə də yaxşı başlayan A.Kolesnik beş xal fərqi ilə önə çıxıb. Ancaq üstünlüyünü qoruya bilməyən Alyona xalçadan məğlub ayrılıb. Rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü aprelin 12-də təsəlliverici görüşə çıxıb. Yerli idmançı ilə qarşılaşan A.Kolesnik elə ilk hissədə “tuşe” ilə qalib gəlib. O, axşam seansında Bolqarıstan təmsilçisini də “tuşe” ilə üstələyərək yığmamızın hesabına növbəti bürünc medalı yazdırıb.

Digər idmançımız Tatyana Omelçenko da qitə birinciliyinə inamlı qələbə ilə start verib. Yığma üzvü Norveç təmsilçisini vaxtından əvvəl üstələyib. T.Omelçenko daha sonra gücünü polşalı rəqibinə göstərib və adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında bolqar güləşçiyə uduzub. Tatyana aprelin 12-də bürünc medal uğrunda güləşib və ukraynalı həmkarını üstələyərək Avropa üçüncüsü olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:39 Qadın güləşçimiz bu gün dünya çempionatının finalına çıxacaq Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Mediaxeberleri.az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb. IV İslam Həmrəyliyi oyunlarının gümüş medalçısı olmuş ukraynalı legionerimiz Alyona
08:26 AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, 125 kq çəki dərəcəsində Rahid Həmidli Polşa idmançısı Yakub Brılovski ilə qarşılaşıb. İdmançımız rəqibinə 6:4 hesabı ilə qalib gəlməklə,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az