t s

» » Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır - İSLAHATLARIN 1 İLİ

Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır - İSLAHATLARIN 1 İLİ

12-04-2019, 11:17 Yazar:  Firuzə Baxılıb: 49 Çap et
Azərbaycanda kiçik və orta sahibkarlar ordusu yaranmaqdadır - İSLAHATLARIN 1 İLİİqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə son bir ildə Azərbaycanda 1 009 sahibkara 132,6 mln. manat, o cümlədən 907 kiçik və orta biznes sahibinə 19,2 mln. manat güzəşli kredit verilib. Bu isə müvafiq olaraq 4 101 və 2 258 yeni iş yerinin açılmasına imkan yaradıb. Amma dövlətin kiçik və orta sahibkarlığa dəstəyi təkcə iş adamlarının güzəştli şəkildə maliyyələşdirilməsindən ibarət deyil. Ölkədə bu istiqamətdə sistemli və ardıcıl islahatlar aparılır. Bu işlər Prezident İlham Əliyevin Azərbaycana növbəti dəfə rəhbərliyinin ilk ilində daha geniş vüsət alıb.

İlk növbədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başlayıb. Agentlik ölkədə kiçik və orta sahibkarların rolunun və rəqabət qabiliyyətinin artırılmasını, onların maraqlarının qorunmasını və problemlərinin həll edilməsini, iş adamlarına vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsini, dövlət və özəl qurumların bu sahədəki fəaliyyətinin əlaqələndirilməsini qarşısına məqsəd qoyub. Qurumun bu məqsədlə ötən ilin sentyabr ayından yaratmağa başladığı “Kiçik və Orta Biznesin (KOB) Dostu” şəbəkəsi sözün əsl mənasında sahibkarların dostuna çevrilib.

Son 1 ildə Azərbaycanda qanunvericilik bazası da kiçik və orta sahibkarların inkişafı naminə kifayət qədər təkmilləşdirilib. Məsələn, Vergi Məcəlləsinə edilmiş və bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklərə əsasən, KOB-lara mənfəət vergisinin ödənilməsində 75% güzəşt edilib, onlar həmçinin əmlak vergisinin ödənilməsindən azad edilib. Bundan başqa, KOBİA-nın təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb. Həmçinin KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib.

İqtisadçı-ekspertlər hökumətin KOB-un inkişafı ilə bağlı səylərini müsbət qiymətləndirir. Bununla belə, onların fikrincə, bu gün Azərbaycanda sahibkarların əsas problemləri vergini necə ödəmək və yaxud kommunal xidmətlərə necə qoşulmaqla bağlı deyil. İş adamlarının maliyyə resurslarına çıxış imkanları artırılmalıdır. Ölkədəki banklar və bank olmayan kredit təşkilatları regionlardakı KOB fəaliyyətini yüksək riskli hesab etdiyindən ya onlara öz vəsaitləri hesabına kredit verməməyə (torpaq sahəsi və digər daşınmaz əmlaklar girov qoyulsa belə), ya da qısamüddətli və yüksək faizlərlə kredit verməyə çalışırlar. Bu isə KOB-un inkişafına mane olur. Bu problemlərin aradan qaldırılmasına, kredit təşkilatlarını iş adamları ilə əməkdaşlığa həvəsləndirmək üçün risklərin sığortalanmasına dair işlək mexanizmin yaradılmasına ehtiyac var.

KOB-un inkişafına mane olan digər amillər kimi isə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxiləsi, dövlət satınalmalarında haqsız rəqabətə yol verilməsi, iş adamlarının rəqabətqabiliyyətli məhsul istehsal etmək üçün müasir texnologiyalardan az istifadə etməsi, xarici bazarlara çıxış imkanlarının məhdud olması göstərilir. Əgər bu problemlər həll edilərsə, Azərbaycanda kiçik və orta sahibkarlar ordusunun formalaşması sürətlənər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az