t s

» » Elinanın intiharı ilə bağlı İlham Əliyev və xanımı TAPŞIRIQ VERDİ

Elinanın intiharı ilə bağlı İlham Əliyev və xanımı TAPŞIRIQ VERDİ

11-04-2019, 15:18 Yazar:  Aytən Məmmədli Baxılıb: 44 Çap et
Elinanın intiharı ilə bağlı İlham Əliyev və xanımı TAPŞIRIQ VERDİ
"Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin şagirdinin intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın".

Mediaxeberleri.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

"Bu məsələnin ciddi şəkildə araşdırılmaması ilə bağlı fikirlərin əsası yoxdur. Burada söhbət məktəblinin və ailəsinin hüquqlarından gedir. Baş verən hadisə ilə bağlı indidən kimisə günahlandırmaq düzgün deyil. Azərbaycan demokratik dövlətdir. Azərbaycanda təbii ki, söz azadlığı var. Amma hadisə ilə bağlı düzgün olmayan məlumatları yaymaq hüquqları pozmaq deməkdir. Biz Azərbaycanda intihar hallarının azaldılması ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə maarifləndirici tədbirlər keçiririk. Necə olur ki, intihar həddinə çatan 8-ci sinif şagirdi ailəsindən dəstək almayıb? Düzdür, mən bu məsələdə heç kimi günahlandırmaq istəmirəm. Bu, istintaq araşdırmalarından sonra məlum olacaq. Bu cür məsələlərdə təkcə məktəbin, müəllimin deyil, valideynlərin də məsuliyyəti var", - deyə, H.Hüseynova əlavə edib..




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az