t s

» » İstifadəyə yararsız 330 kq at əti aşkar edildi

İstifadəyə yararsız 330 kq at əti aşkar edildi

10-04-2019, 14:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 60 Çap et
İstifadəyə yararsız 330 kq at əti aşkar edildi
Xaçmazda istifadəyə yararsız 330 kiloqram at əti aşkar edilib.

Daxili İşlər Nazirliyindən Mediaxeberleri.az
-a verilən məlumata görə, aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir həyata keçirib.

Şəhər sakini B.Qanbayevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:59 Aqrar sektorda “fitosanitar” korrupsiyası: Camal Quliyev İnam Kərimovu inandıra biləcəkmi? Son prezident seçkilərindən sonra ciddi kadr dəyişikliyi aparılan sahələrdən biri də aqrar sektorla bağlı oldu. Bildirək ki, son dövrdə ölkə rəhbərliyinin bu istiqamətə xüsusi önəm verməsi Heydər Əsədovla bu yolun gedilməyəcəyini qətiləşdirirdi. Prezident tərəfindən Kənd Təsərrüfatı naziri
16:34 "Elba"nın ölmüş at əti satdığı təsdiqləndi - Rəsmi Apelin 26-da Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi “Hundai” markalı “99-KV-790” dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
09:28 Dövlət Xidməti Cəlilabadda at əti aşkarlanması barədə məlumat yayıb Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Cəlilabad rayonunda at əti aşkarlanması faktı ilə bağlı məlumat yayıb. Mediaxeberleri.az xəbər verir ki, Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, martın 30- Dövlət Baytarlıq Nəzarəti
19:00 Bakıya satış üçün gətirilən yararsız ət aşkarlandı Qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmazdakı 3-cü tağımının əməkdaşları rayonun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İsmət
08:27 Bilik Fondu Xaçmazda qalib şagirdləri mükafatlandırdı "Ev kitabxanası" layihəsinə ilk olaraq Xaçmaz məktəbliləri cəlb olundu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məktəblilər arasında keçirdiyi müxtəlif məzmunlu müsabiqələrini davam etdirir. Belə tədbirlərdən biri də Xaçmaz rayonunda keçirilən "Kitabi-Dədə Qorqud" dastanı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az