t s

» » “Space TV" ilə bağlı protokol məhkəmə icraatına götürülüb

“Space TV" ilə bağlı protokol məhkəmə icraatına götürülüb

10-04-2019, 10:42 Yazar:  Firuzə Baxılıb: 24 Çap et
“Space TV" ilə bağlı protokol məhkəmə icraatına götürülübMilli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) “Space” televiziyası barədə tərtib etdiyi protokol məhkəmənin icraatına götürülüb.

Mediaxeberleri.az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas aprelin 24-nə təyin edilib.

Hakim Günel Əkbərlinin sədrliyi ilə protokola araşdırılacaq.

MTRŞ İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib.

Qeyd edək ki, MTRŞ-nın məlumatına əsasən, “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:10 Space TV cərimələndi Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” telekanalını 8 min manat cərimələyib. Mediaxeberleri.az xəbər verir ki, buna səbəb əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun Space TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
09:06 MTRŞ Sərxan Kərəmoğlunun qadın qonaqları öpüb, qucağına götürməsini pisləyib İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının
19:09 "Almalı" fırıldağı... - ARAŞDIRMA başladı! Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, Azərbaycan maliyyə sistemində ilk irimiqyaslı maliyyə maxinasiyasının müəllifi Fuad Axundovun adı, uzun illərdən sonra yenidən gündəmə düşüb Həm də bu dəfə daha böyük və beynəlxalq miqyaslı bir qalmaqalla. Bu qalmaqalın kifayət qədər peşəkar maliyyəçi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az