t s

» » Kartof və soğan niyə bahalaşdı? - ARAŞDIRMA

Kartof və soğan niyə bahalaşdı? - ARAŞDIRMA

8-04-2019, 15:21 Yazar:  Firuzə Baxılıb: 66 Çap et
Kartof və soğan niyə bahalaşdı? - ARAŞDIRMAPaytaxt Bakı və ölkənin bütün rayonlarında kartof, soğan və kələmin qiyməti bahalaşıb. Hər il yaz aylarında, məhsul qıtlığı mövsümünə düşdüyündən qiymətlərin bahalaşması müşahidə edilib, lakin bu il bahalıq daha çox müşahidə edildi, çünki artıq Azərbaycana İrandan kartof, soğan gəlmir.

Daxili bazarı qorumaq lazımdır

Mediaxeberleri.az bu barədə hələ ötən həftə məlumat yaymışdı və Azərbaycan daxili bazarını qorumaq üçün müvafiq addımlar atmalı idi.

Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkədən bu məhsulların çıxarılmasının iqtisadi cəhətdən səmərəliliyinin qarşısını almaq üçün kartof, soğan ixracına rüsum tətbiq edildi. Soğan və kartofun hər kiloqramına 2 dollar rüsum qoymaqla, Azərbaycan faktiki olaraq, məhsulun daxili bazarda realizə olunmasına iqtisadi maraqlar yaratdı.

Eyni zamanda, ölkəyə gətirilən soğanla bağlı rüsumu ləğv edərək, soğan gətirmək istəyənlər üçün marağı artırdı.

Müvafiq nazirliklərin bu gün açıqladıqları birgə bəyanatda da daxildə qiymətlərin qorunması məqsədilə belə bir addım atıldığı və yeni məhsullar çıxandan sonra əvvəlki gömrük tarifinə keçiləcəyi bildirilmişdi.

Kartof-soğan problemi niyə yarandı?

Qeyd edək ki, bu il ilk olaraq soğanın bahalaşması nəzərə çarpdı. Hələ 2018-ci ilin avqust ayından başlayaraq, Şərqi Avropa ölkələrinin soğan axtarışları nəticədə Azərbaycandan soğan ixracını artırdı. Hətta Özbəkistandan belə Azərbaycana, buradan isə Türkiyə vasitəsilə üçüncü ölkələrə soğan ixrac olunmağa başladı. Vəziyyəti belə görən Özbəkistan soğan ixracını yanvar ayından məhdudlaşdırdı, bundan sonra isə İran hərəkətə keçdi. Hər il beş milyon ton soğan istehsal edən İran faktiki olaraq “qapıları” bağladı.

Yəni Azərbaycanın indi gördüyü tədbirləri Özbəkistan hələ yanvarda, İran isə martdan tətbiq edərək, daxildə qiymətləri qorumaq üçün ixraca rüsum qoydular.

Nəticədə, Azərbaycanın daxili rezervləri olmadığından hər iki məhsul üzrə qiymətlər sürətlə bahalaşmağa başladı. Hazırda soğanın kiloqramının qiyməti bazarda 2 manatı keçib, kartof isə 1.50 qəpikdən yuxarıdır.

67 min ton soğan hanı?

Kənd təsərrüfatı sahəsi üzrə tanınmış ekspert Nicat Nəsirlinin sözlərinə görə, statistik məlumatlar əsasında Azərbaycanın illik soğana ehtiyacı 160 min tondur, ölkə isə 230 min ton soğan istehsal edir. Deməli, bizim ehtiyatda 70 min ton soğanımız olmalıdır. N.Nəsirli deyir ki, Azərbaycan guya cəmi yeddi min ton soğan ixrac edib. Ekspert hesab edir ki, statistikada müəyyən qeyri-dəqiqlik var.

Adi hesablama aparsaq, əgər ölkədən cəmi yeddi min ton soğan ixrac edilibsə, bəs yerdə qalan 67 min ton soğan hanı? Digər maraqlı rəqənmlərdən biri də adambaşına bir azərbaycanlının istehlak etdiyi soğanın həcminin 12 kiloqram göstərilməsidir, bu rəqəmin çox gülüncdür. Çünki, azərbaycanlıların mətbəxində soğan çox istifadə edilən tərəvəzdir.

Görünür, statistikanın bu vəziyyətindən irəli gələrək, sahibkarlar hələ də ölkədə tələbatı formalaşdıra bilmirlər.

“Təzə kartof, soğan artıq yığılır”

N.Nəsirlinin sözlərinə görə, bazardakı bu artım bir həftəyə səngiyəcək. Çünki hazırda Cəlilabadda kartofun kütləvi yığımı gedir. Təzə kartof 1.50-1.60 manata satılır. Soğan yığımına da başlanılıb, lakin kütləvi halda deyil. Ekspert deyir ki, havaların yağışlı keçməsi yetişmə müddətini uzadır. Buna baxmayaraq, uzağı 12-13 günə kütləvi soğan yığımı başlayacaq.

“Bu il Azərbaycanda soğanın məhsuldarlığı çox yüksək olacaq. Ona görə də qiymətlər tezliklə aşağı düşəcək”.

Qeyd edək ki, soğan və kartofun ixracına qoyulan rüsum mayın 31-də yekunlaşır və bundan sonra xaricə ixrac əvvəlki gömrük tarifləri ilə həyata keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az