t s

» » Rüfət Axundova efirə çıxmaq qadağan edildi

Rüfət Axundova efirə çıxmaq qadağan edildi

8-04-2019, 11:28 Yazar:  Firuzə Baxılıb: 46 Çap et
Rüfət Axundova efirə çıxmaq qadağan edildiMüğənni Rüfət Axundova efir qadağası tətbiq edilməsi ilə bağlı məlumat yayılıb.

Məlumatı Mediaxeberleri.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev təsdiqləyib.

O bildirib ki, milli televiziyalara bu gün şifahi xəbərdarlıq göndəriləcək.

“Qanunla yazılı xəbərdarlıq etmək mümkün olmadığı üçün MTRŞ şifahi xəbərdarlıq göndərmək qərarına gəlib. Bu gün ərzində televiziya rəhbərlərinə xəbərdarlıq göndəriləcək. Bundan sonra xəbərdarlığa əməl edilib-edilməməsi artıq yayımçıların öz məsuliyyətindən asılıdır”.

A.Hacıyev əlavə edib ki, bu qadağa radiolara da aid edilməlidir.

MTRŞ rəsmisi daha bir məsələyə aydınlıq gətirib. O, həmin qalmaqalda müğənni Rəşad İlyasovun da adının hallanmasının yanlış olduğunu qeyd edib:

“Məlumat yayılıb ki, həmin biədəb mahnını efirdə Rəşad İlyasov da səsləndirib. Lakin bir müəyyən etdik ki, Rəşadlıq bir şey yoxdur. O, mahnını ifa etməyib. Ona görə də qadağa təkcə Rüfət Axundova şamil edilib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:06 MTRŞ Sərxan Kərəmoğlunun qadın qonaqları öpüb, qucağına götürməsini pisləyib İl ərzində teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verilib. Telekanalların yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının
21:55 24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT İsmayıllı rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şamil Hacıyev 2 avqust 2016-cı ildə, arvadı Humay Hacıyevanın istifadəsində olan “Samsung” markalı mobil telefonda Vatsap proqramına baxıb. Sevgi
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
20:01 Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olundu Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb. Qanun layihəsi barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O, qeyd edib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az