t s

» » Yaqub Zurufçunu həyat yoldaşı belə təbrik etdi - "Səninlə bütövəm"

Yaqub Zurufçunu həyat yoldaşı belə təbrik etdi - "Səninlə bütövəm"

8-04-2019, 11:50 Yazar:  Firuzə Baxılıb: 32 Çap et
Yaqub Zurufçunu həyat yoldaşı belə təbrik etdi - "Səninlə bütövəm"Bu gün əməkdar artist Yaqub Zurufçunun ad günüdür.
Mediaxeberleri.az
xəbər verir ki, 62 yaşlı sənətçini doğum günü münasibəti ilə həyat yoldaşı Aynur Zurufçu təbrik edib:
“Həyat yoldaşım Yaqub bəy! Bu dəfə doğum gününü ayrı-ayrı şəhərlərdə qeyd edirik. Mən Bakıda, sən Londonda. Bu kiçik, amma içdən olan ad günü təbrikimi aramızda olan 5000 km qədər məsafədən, şifrəsini bildiyim Facebook profilindən və hamının oxuya biləcəyi yerdən çatdırmaq istədim. Səni sevmək elə də böyük qəhrəmanlıq deyil. Yəni mən qəhrəman deyiləm! Qəhrəman sənsən! Mənim qəhrəmanım! Sən həmişə yaşa! Yarat! İsti nəfəsinlə, sevgi dolu baxışlarınla həmişə yanımda ol. Onsuz da qəlbimin ən dərinində, toxunulmaz bir guşəsində taxtın var... Sənə olan sevgimmi böyükdür, sayqımmı, bilmirəm. Bir onu bilirəm ki, səninlə bütövəm.
Biz sanki iki çayıq. Kür-Araz kimi. Birimiz böyük, o birimiz qismən kiçik ola bilərik. Amma qovuşmaq, birləşmək bəxtəvərliyi vardı sonunda. Məni özünə birləşdirdiyin üçün sənə təşəkkür edirəm! "BİZİ" çoxaltdığın üçün - Atilla üçün təşəkkür edirəm!
Doğum günün mübarək, sevdiyim".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
00:09 “O məni döyə-döyə, işgəncə verə-verə…” “İnsan taleyi” layihəsində Tanışlığımız rəfiqəsinin vasitəsilə oldu: - Sənin yazılarını oxuyur. “Yazı-pozu adamlarına güvənim azdır. Amma nədənsə onun yazıları mənə həqiqətləri diktə edir. Həyatın dibində olan insanların hekayətləri bəzilərinə inandırıcı görünməyə bilər. Amma mən əminəm ki, bu
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az