t s

» » «Almaniya və Türkiyə Minsk qrupu həmsədirliyinə gətirilsin»

«Almaniya və Türkiyə Minsk qrupu həmsədirliyinə gətirilsin»

19-02-2015, 19:15 Yazar:  Aygün Baxılıb: 733 Çap et
«Almaniya və Türkiyə Minsk qrupu həmsədirliyinə gətirilsin» Azay Quliyev ATƏT PA-da bununla bağlı Almaniya və Türkiyənin Minsk Qrupu həmsədirliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib

Milli Məclisin deputatı Azay Quliyev ATƏT PA-da Almaniya və Türkiyənin Minsk qrupu həmsədirliyinə gətirilməsi ilə bağlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki, 20 ildən artıq müddətdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış, lakin ötən dövr ərzində heç bir uğurlu nəticə əldə etməmiş Minsk Qrupunun uğursuzluğu bizi daha effektiv mexanizmlər və yeni yanaşmalar axtarmağa vadar edir: «Belə hesab edirəm ki, hər şeydən öncə biz həmsədrlik institutunun tərkibini nəzərdən keçirməli və formatı digər iştirakçı dövlətlərin cəlb edilməsi ilə genişləndirməliyik. Bu baxımdan ən münasib ölkələrin Almaniya və Türkiyə ola biləcəyini nəzərə alaraq hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə?
Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir, Bundan əlavə onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu Şərq Tərəfdaşlıq proqramından effektiv şəkildə istifadə imkanları vardır. Bu təşəbbüslə çıxış edərkən sizə Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm.
Türkiyənin isə Qafqazda çox əsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişini imzalamasına öz töhfəsini verə bilər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab Ivica Dacicdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar».




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:27 AĞ YOL ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirəyə çıxardı və tənqid etdi Ağ Yol Vətəndaş Hərəkatının rəsmi facebook səhifəsində, 550 minlik eyni adlı qrupunda və tviter hesabında ATƏT-in Minsk qrupunun fəaliyyəti müzakirəyə çıxarılaraq tənqid edilib. AZADİNFORM xəbər verir ki, müzakirələr zamanı daha çox aşağıdakı məsələlərə diqqət ayrılıb: ATƏT-in Minsk Qrupu
08:18 “Türkiyə Ermənistanla sərhədi açmalıdır” “Ermənistan iqtisadi və daha sonra siyasi cəhətdən Türkiyədən asılı olacaq”. Axar.az xəbər verir ki, bu açıqlama ilə D18 hərəkatının lideri Ruslan İzzətli çıxış edib. Onun sözlərinə görə, Türkiyənin Ermənistanla sərhədləri açmağı heç də mənfi hadisə deyil: “Türkiyə-Ermənistan sərhədlərinin açılması
18:48 İlham Əliyev həmsədrləri qəbul etdi Danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Mediaxeberleri.az
15:36 Angela Merkel Nobel mükafatına namizəd oldu Almaniya Bundestaqının bir qrup üzvü Nobel Sülh mükafatının bu ölkənin kansleri Angela Merkelə verilməsi təşəbbüsü ilə çıxış edib. Alman deputatlar bu çağırışlarını A.Merkelin Ukrayna böhranına dair Minsk danışıqlarındakı fəal rolu, kanslerin Ukraynanın şərqində gedən müharibənin dinc yolla
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az