t s

» » Rüstəm Orucov Antalya Qran-prisinin finalına yüksəldi

Rüstəm Orucov Antalya Qran-prisinin finalına yüksəldi

6-04-2019, 23:05 Yazar:  Aytən Məmmədli Baxılıb: 50 Çap et
Rüstəm Orucov Antalya Qran-prisinin finalına yüksəldi
Azərbaycan cüdoçusu Rüstəm Orucov Türkiyənin Antalya bölgəsində keçirilən Qran-pridə finala yüksəlib.

Mediaxeberleri.az
-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Orucov ardıcıl olaraq, cənubi koreyalı Hyunçeol Kanq, qambiyalı Faye Njie, ukraynalı Dmitro Kanivets və rusiyalı Leçi Ediyevi üstələyib. Həlledici qarşılaşmada onun rəqibi cənubi koreyalı Çanqrim An olacaq. An 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

Qeyd edək ki, Qran-prinin ilk yarış günündə Gültac Məmmədəliyeva 52 kq çəki dərəcəsində bürünc medala sahib olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:30 Cüdoçumuz "Böyük Dəbilqə" turnirində medal qazandı Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Mediaxeberleri.az verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib. Mübarizəyə 1/16 final mərhələsindən
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
09:34 AGF Kuboku beynəlxalq turnirin ikinci günü də uğurlu olub Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az