t s

» » Oruc olmaq Xərçəngi YOX EDİR - Alimlərdən İNANILMAZ YENİ ARAŞDIRMA

Oruc olmaq Xərçəngi YOX EDİR - Alimlərdən İNANILMAZ YENİ ARAŞDIRMA

6-04-2019, 09:28 Yazar:  Firuzə Baxılıb: 109 Çap et
Oruc olmaq Xərçəngi YOX EDİR - Alimlərdən İNANILMAZ YENİ ARAŞDIRMA
Yeni aparılan araşdırmalara görə, 8 saat yemək yeyib 16 saat ərzində ac qalmaq döş xərçənginin yaranmasının qarşısını alır.

Mediaxeberleri.az
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə araşdırma Kaliforniya Universitetində tibb mütəxəssisi Manası Das tərəfindən aparılıb. Alimlər qadınların metabolik sağlamlığının döş xərçəngi riskinə necə təsir edəcəyi araşdırıb.

Yemək yediyiniz saatların miqdarı önəmlidir

Araşdırmada siçanlar üzərində 8 saat pəhriz tətbiq edilib. Nəticədə xəstəlik riskinin əhəmiyyətli dərəcədə azaldığı müəyyən edilib. İlk mərhələdə siçanlara 10 həftə ərzində 60 faiz yağlı qida ehtiva edən bir pəhriz tətbiq olunaraq onlarda piylənmə əmələ gətiriblər. Daha sonra siçanları iki qrupa ayırıblar. Bir qrupa 24 saat, digər qrupa isə yalnız 8 saat yemək verilib. Daha sonra bütün heyvanlara üç həftə ərzində döş xərçəngi hüceyrələri yeridilib.

Xərçəng hücerələri vurulmuş siçanlar yenidən iki qrup ayrılıb. Onlardan birinə yüksək yağlı, digərinə isə müəyyən saatlarda yemək verilib. Sonda ultrasəs yoxlaması aparılıb. Əldə edilən nəticələr olduqca təəccüblü olub. Məhdud saatlarda yemək yeyən gəmiricilərdə şişlərin inkişafını ləngidiyi müşahidə edilib.

MD Anderson Xərçəng Mərkəzinə görə, klimaks xərçəngə səbəb olmur, ancaq xəstəliyin inkişaf riski yaşla birlikdə artır. Yəni, qadın klimaksdan sonra həddən artıq kökəlsə və ya piylənmədən əziyyət çəkirsə, onun döş xərçəngi olmaq riski yüksəkdir.

Bəs fasiləli oruc nədir?

16:8 pəhrizinə fasiləli oruc demək olar. Bunu həyata keçirən şəxslər 16 saat ərzində oruc tuturlar və qalan səkkiz saatda, adətən səhər 10 ilə axşam 6 arasında qidalanırlar. Digər pəhrizlərdən fərqli olaraq fasiləli orucda əsasən nə yediyimiz yox, nə zaman yediyimiz böyük rol oynayır.

Kimlər tətbiq edə bilməz?


1. Menstruasiya dövründə fasiləli oruc tutmayın.

2. Fasiləli orucu ard-arda tətbiq etməyin. Bir-iki gün fasilə verin.

3. Pəhrizə başlayanda oruc müddətini 12-13 saata endirə bilərsiniz. Birdən-birə 16 saat aclıq hər kəsə yaxşı təsir etməyə bilər. Odur ki, özünüzü yaxşı tanıyın və aclıq müddətini tədricən artırın.


Bu üsulu tətbiq etdikdə, axşam yeməyindən sonra yemək olmaz. Axşam yeməyindən sonra aclıq müddətində kalorisi olmayan mayeləri (su, şəkərsiz çay və qəhvə) içmək olar.

Pəhrizi tətbiq edən bir çox insan gözəl nəticələr ala bilər. Yaxşı nəticə əldə etmək üçün fasiləli orucu düzgün şəkildə tətbiq etmək lazımdır.

Fasiləli aclıq hər kəsə uyğun qidalanma üsulu deyil. Xüsusilə də kortizon istifadə edənlər, hamilələr, ağır xroniki xəstəliyi olanlar üçün bu pəhrizi uyğun deyil. Yeniyetmələrdə, mədə pozğunluğu olan insanlarda, hamilə və süd verən qadınlar üzərində zərərli təsirə malik ola bilər. Diabet və xroniki xəstəlikləri olan şəxslərin də diqqətli olması lazımdır.

16: 8 fasiləli aclığın qanda şəkəri səviyyəsini yaxşılaşdırdığı, beyin funksiyasını gücləndirdiyi və daha ömrü uzatdığı deyilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:39 Uroloq həkim: ““Kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir” Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
02:11 Pəhriz saxlamağın təhlükəli tərəfləri - Bunlara diqqət! “Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az