t s

» » Ürəyin İşemik Xəstəliyi – Ürək-damar stenokardiya

Ürəyin İşemik Xəstəliyi – Ürək-damar stenokardiya

31-03-2019, 20:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 122 Çap et
Ürəyin İşemik Xəstəliyi – Ürək-damar stenokardiya
Oxuculara təqdim olunan daha bir yeni tibbi və müalicəvi əhəmiyyətli kitabda insan ölümünə səbəb olan xəstəliklər üzrə birinci yerdə duran ürək-damar problemləri, xəstəlikləri və müalicə yolları barədə ətraflı, faydalı məlumatlar toplanıb.

Mediaxeberleri.az
xəbər verir ki, Rusiyanın məşhur sağlamlıq verilişinin aparıcısı, həkim, kardioloq, professor Elena Malışevanın müəllifi olduğu bu kitabda ürəyin işemik xəstəlikləri - stenokardiya, aritmiya, miokard infarktı üzrə risk qrupunda olan insanlar və xəstələrə gərəkli olan pəhriz, fizioterapiya, relaksasiya metodları toplanıb.
Ürəyini qorumaq istəyən və ya artıq işemik xəstəliklərlə mübarizə aparan insanlar bu kitabdan ən effektli, etibarlı xalq təbabəti reseptlərini öyrənəcək, praktiki tövsiyələr oxuyacaq, daha sağlam olmaq üçün məşğələlər əldə edəcək.

Əgər bunları tətbiq etməyə başlasanız, bu bəlanı törədən amillərdən sığortalana, infarkta tutulmaya və ya infarkt artıq keçirilibsə, tezliklə bərpa ola biləcəksiz.
Kitabın "Ürək çatışmazlığı dövründə dieta” bölməsindən kiçik bir hissəni təqdim edirik: "Bu xəstələrdə südlə müalicə üsulu tətbiq olunur. Xəstəyə hər gün 3-4 stəkan süd verilir. Süd sidikqovucu təsirə malik olduğuna görə, ödemlə müşayiət olunan ağır ürək xəstələrinə verilir. Süd xəstəyə pis təsir edirsə, onu 1 litr meyvə şirəsi ilə əvəz etmək olar”.

"Qanun” Nəşriyyatının çap etdiyi kitabın tərcüməçisi Məhəmməd Nəsirov, redaktoru Zahir Məliklidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:23 Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib. Mediaxeberleri.az xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti
23:06 7 günə 7 kilo arıqladır - Qadınların ən effektiv SU PƏHRİZİ İnsan orqanizminin 75 faizi sudan ibarətdir. Suyu mütəmadi olaraq kifayət qədər qəbul etdikdə maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətinə görə sudan arıqlamaq üçün istifadə edilir. Diyetoloqlar hətta su pəhrizi belə hazırlayıblar. Bu pəhrizlə gündə 7 kilo çəki vermək mümkündür.
15:23 Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb. “Report”un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az