t s

» » Rektorun qızını döyən şəxs azadlığa çıxır

Rektorun qızını döyən şəxs azadlığa çıxır

27-04-2015, 22:59 Yazar:  Məmməd Məmmədov Baxılıb: 538 Çap et
Rektorun qızını döyən şəxs azadlığa çıxır “Videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil”.

Zaur Məmmədov barəsindəki cinayət işinə xitam verilib, bəraət hökmü çıxarıla bilər.

Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında vəkil Adəm Məmmədov deyib. O, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən Zaur Məmmədovun tezliklə azadlığa çıxacağını istisna etməyib.

Vəkilin sözlərinə görə, məlum videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil.

“Cinayət işində xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından söhbət gedir. Bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictmai münasibətlərin pozulma normaları qeyd olunub. Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərar uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır.

Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur. Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcudd deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq”-deyə A.Məmmədov bildirib.

Vəkil hesab edir ki, istintaq bu işdə cinayət əməllərinin olub-olmamasını sübuta yetirməlidir: “İctimai münasibətlərin hansı formada pozulması halları istintaq zamanı sübuta yetirilməlidir. Video çəkilişə ilkin olaraq baxanda, orada hər hansı bir cinayət əməlinin olması faktı öz təsdiqini tapmır. Ali Məhkəmə Plenimunun qərarı var. Cinayət Məcəlləsinin 132-ci maddəsi 2012-ci ildə məcəllədən çıxarılıb. Yəni bu maddə İnzibati Xətalar Məsəlləsinə daxil edilib. C. M-nin 128.1 maddəsi isə döyülmə ilə bağlıdır. Onların işində döyülmə əməli yoxdur. Tərəflər də bu məsələ ilə bağlı şikayətçi deyillər. Burada şikayət də əsas deyil. Burada ictimai münasibələrin pozulması əsas götürülür. Bu işdə ictimai münasibətlərin pozulması faktını mən görmürəm.

Videodan görünür ki, orada söyüş söyüləməsi və vətəndaşların bunu eşitməsi sıfıra bərabərdir. Orada ucadan söyüş söyülməyib. Bu hiss olunmur. Danışıqlar həmin şəxslərin öz aralarında gedir. Bu söhbəti yalnız onların özləri eşidirlər. Ona görə də cinayət işinə xitam verilib bəraət hökmü çıxarılmalıdır”.

Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:02 Rektorun döyülən qızı: “Seksual manyak idi” (VİDEO) Rektorun döyülən qızının növbəti videosu arxivdə yer alıb. Axar.az xəbər verir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının psixoloq qızı Ülkər İsayeva ikinci mühazirəsində Ziqmund Freydin nəzəriyyələrindən danışıb. Ü.İsayeva geniş çıxışında qeyd edib ki, o dövrlərdə Freyd anormal adam
01:45 Hamlet İsaxanlı: "Mənim qızım ağılsızlıq edib" (VİDEO) Qızı döyülən Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı ANS-ə açıqlama verib. O, qızı Ülkər İsayevanın hadisə zamanı döyülməsi barədə iddiaları bir daha təkzib edib. Ata söyləyib ki, qızı rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd ediblər. Dağılışanda isə qızları evlərinə
00:23 Döyülən rektor qızının daha bir qalmaqallı - Videosu Döyülmə xəbərləri ilə bir gecənin içində məşhurlaşan rektor qızı Ülkər İsayevanın daha bir qalmaqallı videosu gündəmə gəlib. Xəzər universitetinin təsisçisi Hamlet İsaxanlının qızının psixologiyanın banisi hesab edilən Ziqmund Freyd (1856 – 1939) haqqında çıxışı sosial şəbəkələrdə müzakirəyə
00:20 Rektor qızından şok açıqlama Döyüldüyü iddia olunan "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva baş verənlər barədə status yazıb. ANS PRESS-in məlumatına görə, Ülkər İsayeva statusunda döyülmədiyini bildirib “Əziz dostlarım və "dostlarım", hörmətli adekvat ve qeyri-adekvat pressa işçiləri, heç
01:01 Bakıda rektorun qızı vəhşicəsinə döyüldü (VİDEO) Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Bakı şəhəri BPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az