t s

» » “Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət Əsədova

“Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət Əsədova

29-03-2019, 12:08 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
“Mənə ailəsi ilə yaşayıb kənarda mənlə gəzmək istəyən kişi lazım deyil" — Mətanət ƏsədovaProdüser Tarix Əliyevin "Tolik ilə səmimi"adlı "Youtube" layihəsinin bu dəfəki qonağı müğənni Mətanət Əsədova olub.
Mediaxeberleri.az xəbər verir ki, veriliş boyu Mətanət cəsarətli açıqlamaları ilə yadda qalıb.
"Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil. Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. "
Bundan başqa muğam ifaçısı aldığı hədiyyələrdən də danışıb:
"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım”.
Məşhur İfaçı Mətanət Əsədova bəzi şou müğənnilərinə atmaca atmağıda unutmayıb:
"Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram".
Müğənni xanım bir müddət əvvəl ailə qurması barədə yayılan şailərədə münasibət bildirib:
"Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim. Görünüşümə baxıb deyirlər, bu nədir... Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
15:28 Aynur Camalqızı: “Evdə bu mövzuda danışmamağa çalışırıq” - MÜSAHİBƏ Bu gün “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının doğum günüdür. Mediaxeberleri.az onun AzNews.az-a ötən ilin sentyabrında verdiyi müsahibəni təqdim edir: – Aynur xanım, ənənəvi bir suala məhz sizin cavabınız mənim üçün maraqlıdır. Həyatınızdan razısınızmı? – Bütövlükdə götürəndə əlbəttə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az