t s

» » "İşimiz yanğını söndürməkdir, kompensasiya vermək yox..." - Nazir

"İşimiz yanğını söndürməkdir, kompensasiya vermək yox..." - Nazir

26-03-2019, 14:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 64 Çap et
"İşimiz yanğını söndürməkdir, kompensasiya vermək yox..." - Nazir
“Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.

Mediaxeberleri.az
xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Nazir həmçinin sahibkarlara kompensasiya verilib-verilməyəcəyi ilə bağlı suallarıda cavablandırıb:

"Bura özəl müəssisədir. Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:45 Kəmaləddin Heydərov: Bu, ciddi yanğındır Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər. Mediaxeberleri.az xəbər verir ki, olay yerinə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib. Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir.
11:07 Mənim işim xalqa xidmət etməkdir, mən öz vəzifəmi bunda görürəm - Prezident İlham Əliyev Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır. Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün
09:21 Narkoloji Mərkəzdəki 25 can alan dəhşətli yanğının səbəbləri – təfərrüat Prezident İlham Əliyev faciə baş verən əraziyə getdi, hadisəni nəzarətə götürdü; Dövlət Komissiyası yaradıldı 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin bir mərtəbəli korpusunda dəhşətli yanğın başlayıb. Hadisə yerinə
07:47 ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT? (II yazı) Ötən yazımızda Azərbaycan hakimiyyətinin iqtisadi “əzəməti” hesab edilən Kəmaləddin Heydərovun “fövqəlgücü”, barədə məlumat vermişdik. Yazıda bildirmişdik ki, bir neçə il öncə Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanında “Dubai Ports World (DP World)” şirkətinə, Dubay Əmirliyinin Mühafizə Xidmətinin
02:12 Prezidentin ilk mesajı: “Dəyişikliklərə hazır olun!” İlham Əliyev Kəmaləddin Heydərovla “böyük ittifaqda” “Toy generalları”nın poqon parıltısına ehtiyac yoxdur – zər-zibalı general mundirini döyüşçü əsgər formasıyla əvəzləyib, qolları çırmalamaq və ölkəni gözləyən iqtisadi böhrandan sağ-salamat çıxarmaq üçün “bataqlıqda bələdçilik” etmək lazımdır…

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az