t s

» » Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu

Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olundu

19-02-2015, 18:08 Yazar:  Aygün Baxılıb: 931 Çap et
Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olunduBu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “Report”un məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) ittiham olunan E.İsmayılov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
E.İsmayılovun vəkili Sadiq Əfəndiyev “Report”a açıqlamasında həbs qətimkan tədbiri ilə razılaşmadıqlarını bildirib: “Məsləhələşmələrdən sonra yəqin ki, apelyasiya şikayəti verəcəyik”.
Qeyd edək ki, bundan əvvəl “Qala-BTX” və "Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldatması, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:38 Fırıldaqçı turizm şirkətinin rəhbərliyi məhkəməyə verildi Qanunsuz bank fəaliyyəti ilə məşğul olan turizm şirkətinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında
16:36 Baş Prokurorluq vəzifəli şəxslərin cinayət işilə bağlı xəbər yaydı - Yarım milyonluq cinayət faktı Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
13:42 "AMAY Abdulla"nın məhkəməsində qalmaqal... Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az