t s

» » Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar

Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar

26-04-2015, 21:04 Yazar:  Məmməd Məmmədov Baxılıb: 661 Çap et
Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar“Mən onu sənətkar hesab etmirəm”.

Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə olmadığını və ona Allahdan can sağlığı arzu etdiyini bildirdi.

Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım müğənnilərin barışacağı güman edilirdi.

Mediaxeberleri.az xəbər verir ki, xalq artisti Flora Kərimova bu barədə musavat.com-a açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki, barışıq haqda edilən gümanlar yersizdir:

“Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma verdiyi qiyməti də “siyasi oyun” adlandırıram.

Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm. Mən fikrini, yolunu dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam və bundan sonra da inanmaram.

İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: “İlhamə bəsdir, yetər bu oyunlar!”

Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb.

Flora Kərimova bu barədə də danışıb: “Zümrüd balaca olanda daş-qaşa meyilli uşaq idi. İlhamə Quliyeva da efirə, səhnəyə həmişə alabəzək daş-qaşlarala çıxdığından qızımın ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub.

Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:41 Aygün Kazımova ermənilərə görə müsabiqədən imtina etdi “Sevənlərim mənə səs göndərməsinlər”. Xalq artisti Aygün Kazımova “Big Apple Music Awards 2015” müsabiqəsinə qatılmaqdan imtina edib. Mediaxeberleri.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bunun səbəbinin təşkilatçılar olduğunu bildirib: “Bunun səbəbi təşkilatçıların erməni
01:34 “Nadirin günahı çox olub...” – qadın müğənnilər təhqirə cavab verdilər Müğənni Nadir Qafarzadənin bu günlərdə verdiyi açıqlama qadın həmkarları tərəfindən hiddətlə qarşılanıb. Belə ki, o, “Bazar səhəri” verilişində qadın sənətçi ilə evliliyə yaxşı baxmadığını deyib və açıq mətnlə onları təhqir edib: “Ömrü boyu müğənni xanımla evlənmərən, nə də oğlumu qoymaram
02:14 “Nazpəri yerin dibinə girsə də...” — İlhamə Quliyeva Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onun ünvanına söylədiyi təhqirləri təkzib etməsinə münasibət bildirib. İ.Quliyeva qarşı tərəfin təkzibi ilə qane olmadığını deyib: "Məhkəmədə tələb etmişdim ki, hansı telekanalda məni təhqir edib, orda da üzr istəsin. Dediklərini təkzib
23:11 Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam” Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib. “Namus qalib gəldi” "Azadlıq" radiosunun məlumatına görə, Lamiyə Quliyeva jurnalistlərlə söhbətində
22:10 İlhamə gizlinləri açdı: “Müğənni var toy aparır, məclisdən sonra bəy evinə yox, onunla otelə gedir” -QALMAQAL Xalq artisti İlhamə Quliyeva “ATV maqazin” verilişində qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. Mediaxeberleri.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, xalq artisti bəzi sənətçilərə xəbərdarlıq edib: “Bir müğənni var ki, dünyanın hər yerindən rəhmətə gedənlərin paltarlarını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az