t s

» » Əmək pensiyaları haqqında qanunlara dəyişiklik ediləcək(Video)

Əmək pensiyaları haqqında qanunlara dəyişiklik ediləcək(Video)

19-02-2015, 17:56 Yazar:  Aygün Baxılıb: 802 Çap et
Əmək pensiyaları haqqında qanunlara dəyişiklik ediləcək(Video)Dövlət Sosial Müdafiə Fondu yeni pensiya konsepsiyasının icrası çərçivəsində bu il sosial sığorta və əmək pensiyaları haqqında qanunlara dəyişiklik edəcək.

Mediaxeberleri.az xəbər verir ki, anstv-nin məlumatına görə, bu barədə fondun sədri Elman Mehdiyev məlumat verib. Bunun üçün maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlikləri ilə birgə işlərə başlanılıb. Dəyişiklklər pensiyaya çıxan zaman staj tələbini aradan qaldırılmasını nəzərdə tutur.

Elman Mehdiyev bildiridi ki, kimlərinsə fərdi hesablarına toplanan kapitalları minimum məbləğdən yuxarı pensiya təminatına icazə veriləcəksə həmin şəxslərdən heç bir staj tələb olunmayacaq. 10 ildən artıq sosial sığorta ödədiyi halda pensiya çıxa bilməmək kimi hallar da köklü şəkildə həll olunacaq. O həmçinin qeyd etdi ki, kimlərin sosial sığorta məbləğləri fərdi hesabda toplandıqdan sonra minimum pensiya almaq hüququna imkan vermirsə onda həmin insanlar üçün dövlət tərəfindən tənzimlənən staj tələb olunacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev həmçinin bu gün Sumqayıt şəhərinin, Abşeron, Xızı və Qubadlı rayonlarının sakinləri üçün qəbul keçirib.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:55 Pensiyaçılara şad xəbər (VİDEO) Bunun xərci Dövlət Sosial Müdafiə Fondun tərəfindən ödəniləcək Ölkədə manatın dollara nisbətən məzənnəsinin ucuzlaşması pensiya təminatında heç bir problem yarada bilməz. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin ANS TV-yə verdiyi məlumata görə, iqtisadiyyatda baş verən proseslər,
15:06 Sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artıb Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli
09:09 Uşaqlarla bağlı vahid məlumat bazası yaradılır (VİDEO) Plana əsasən cari ilin mart ayının ortalarına qədər minimum standartların hazırlanması başa çatdırılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradır. Bu bazada sağlamlıq imkanları məhdud olan, çətin həyat
00:26 Ağır şəraitdə yaşayan ailələrə şad xəbər... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazası yaradacaq. Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib. E.Babayev bildirdi ki, vahid məlumat bazasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az