t s

» » Rusiya ilə bağlı böyük təhlükə – Proqnoz

Rusiya ilə bağlı böyük təhlükə – Proqnoz

17-03-2019, 10:45 Yazar:  Nuhu Baxılıb: 36 Çap et
Rusiya ilə bağlı böyük təhlükə – ProqnozDünya bazarında neft qiymətlərinin yüksək olması hələ ki, Rusiya iqtisadiyyatına pozitiv təsir göstərir.

Bu sözləri Mediaxeberleri.az-a Rusiyada dolların rubl qarşısında ucuzlaşması ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, Rusiyanın iqtisadi göstəricilərinin böyük əksəriyyətinə əsas iki amilin təsir etdiyini bildirib:

“Bunlardan biri təbii ki, neft və enerji daşıyıcılarının qiymətləri, digəri isə Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi, yaxud da sanksiya rejimi ilə bağlı yeni qərarlardır. Bu iki faktor Rusiyanın bütün makro-iqtisadi göstəricilərinə, o cümlədən rubla təsir göstərir. Bildiyiniz kimi, Rusiyada büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Hələlik neft qiymətləri Rusiyanın büdcə parametrlərinə qoyduğu qiymətdən yüksək olduğu üçün makro- iqtisadi göstəricilər zəifləmir. Yəni neft qiymətlərinin yüksək olması hələ ki, Rusiya iqtisadiyyatına pozitiv təsir göstərir”.

Ekspert buna baxmayaraq, gələcəkdə Rusiyaya qarşı işə düşəcək daha böyük sanksiyalar fonunda vəziyyətin tamamilə dəyişəcəyini bildirib:

“ABŞ-da hazırda Rusiyada korrupsiya sxemləri və rus rəhbərlərinə aid olan xarici hesablarla bağlı araşdırmalar gedir. Bu o deməkdir ki, yaxın həftələrdə Rusiya ilə bağlı böyük sənədlər açılacaq. Beləliklə, növbəti sanksiya dalğası Rusiyanın bütün iqtisadi göstəricilərinə, o cümlədən rublun məzənnəsinə mənfi təsir göstərəcək”.

Neft qiymətlərinə gəldikdə, iqtisadçı hələlik neft qiymətlərinin çox dar bir çərçivədə - 62-67 dollar arasında dəyişdiyini qeyd edib:

“Cəmi 5 dollarlıq bir dəhliz yaranıb ki, bu da elə də böyük göstərici deyil. Bu onu deməyə əsas verir ki, neft qiymətlərinə kifayət qədər təsir göstərəcək amillər ortaya çıxmayıb. Ancaq müxtəlif təsirlərə dair gözləntilər var. Yəni söhbət qiymətləri aşağı çəkəcək amillərdən söhbət gedir. Əgər yaxın gələcəkdə Venesuela ilə bağlı problemlərin həlli baş tutarsa, bu zaman ölkədə hasilat da artacaq. Eyni zamanda, Liviyada iki hökumətin olmasına baxmayaraq, artıq hasilatın bərpası və artırılması ilə bağlı razılığa gəlinib. Bu amillər reallaşarsa, neft qiymətlərində növbəti ucuzlaşma dalğası baş verəcək. Ancaq bu günə qədər neft qiymətlərinə təsiri olan hərəkətlərin davamlılığı nöqteyi-nəzərindən qiymətlərin bahalaşması ehtimalı da var”.

N.Cəfərlinin sözlərinə görə, OPEK və OPEK-ə daxil olmayan ölkələrin tezliklə Bakıda reallaşacaq növbəti görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul edilərsə, bu, neft qiymətlərinə müvəqqəti də olsa, pozitiv təsir göstərə bilər:

“Ona görə də neft qiymətləri hələlik çox dar çərçivədə hərəkət etməkdə davam edəcək. Hər şey gələcək siqnallardan asılı olacaq. Siqnallar neftin bolluğuna işarə edərsə, bu, qiymətlərin düşməsinə, hasilatın azaldılması yönündə informasiyalar daha çox olarsa, bu, qiymətlərin bahalaşmasına səbəb olacaq. Hər iki ehtimalın Rusiya iqtisadiyyatına birbaşa təsirləri var. Təsadüfi deyil ki, dünya rublu “kağız neft” adlandırır. Çünki neft qiymətlərinin rubla təsiri kifayət qədər böyükdür”.

Qeyd edək ki, ötən gün Rusiyada dolların kursu 65 rubla qədər geriləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
11:36 Kənd təsərrüfatı naziri xalqı aldadır - İTTİHAM Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı, xüsusən də ərzaq təhlükəsiziliyinin təminatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, ortada ciddi nəticə yoxdur. Bazarlarda hələ də xaricdən gətirilən, bəziləri isə genetik modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsulları çoxluq
18:51 QUBAD İBADOĞLU 2018-ə YEKUN VURDU, 2019-dan GÖZLƏNTİLƏRİNİ AÇIQLADI:"Rusiyanın Azərbaycana müdaxilə və nəzarət imkanları artacaq" Azərbaycan Demokratik və Rifah Hərakatının rəhbəri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu Strateq.az-a müsahibəsində 2018 -ci ilin iqtisadi, siyasi yekunlarını dəyərləndirib, növbəti ildən gözləntilərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik: – Qubad bəy, 2018-ci ilin yekunlarını
11:23 Evlərin ucuzlaşması: böhran, yoxsa real qiymətlərə yaxınlaşma? - TƏHLİL Ötən il Azərbaycanın valyuta bazarında baş verən sarsıntılar ölkənin bir çox sahələrə, o cümlədən də daşınmaz əmlakı bazarına mənfi təsir edib. Neftin kəskin ucuzlaşması səbəbindən ölkədə manatın çökməsi prosesi başlayıb və buna cavab olaraq ötən il iki devalvasiya həyata keçirilib. Əvvəl

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az