t s

» » Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq

26-04-2015, 12:11 Yazar:  Aygün Baxılıb: 821 Çap et
Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaqBu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq. Tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq.


Mediaxeberleri.az
AZƏRTAC-a istinadən xəbər verir ki, saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.

Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.

Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:21 O gün dünya Bakını izləyəcək (VİDEO) İlk Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix açıqlanıb Paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix açıqlanıb. Bundan əlavə yarışın məşəlinin hansı şəhərlərdən keçəcəyi də bəlli olub. Bu barədə Avropa Oyunları Əməliyyat Komitəsinin Korporativ
01:09 Olimpiya arenası çökdü? AFFA prezidenti Rövnəq Abdullayev məsələyə aydınlıq gətirdi (VİDEO) "Dövlət komissiyası Bakı Olimpiya Stadionunun təhvil-təslim aktını imzalayıb". Bu barədə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verib. O bildirib ki, stadion Gənclər və İdman Nazirliyinə ən yüksək standartlara uyğun vəziyyətdə təhvil verilib. R.Abdullayev arenanın çökdüyü barədə
01:26 Avropa Oyunlarında iştirak edəcək idmançıların maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirildi Bu öhdəliyin bir hissəsi olmuşdur. Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi birgə olaraq Azərbaycan tərəfinin Bakı 2015 Avropa oyunlarında iştirak edəcək Milli Olimpiya Komitələrinin maliyyələşdirməsinə dair yayılan xəbərlərlə bağlı açıqlama verir. Mediaxeberleri.az Trend-ə
11:32 Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, Cüdo
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az