t s

» » “Qarabağ” gərgin mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəldi (Video)

“Qarabağ” gərgin mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəldi (Video)

26-04-2015, 09:34 Yazar:  Aygün Baxılıb: 528 Çap et
“Qarabağ” gərgin mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəldi (Video)Ağdamlılar çempionluq üçün iki qələbə qazanmalıdırlar.

Topaz Premyer-liqasında 31-ci turun oyunları keçirilib.

Turun mərkəzi oyununda “Qarabağ” gərgin və maraqlı mübarizədə 3:2 hesabı ilə “Neftçi”yə qalib gəlib.


“Qarabağ” oyunun gedişində Muarem Muarem və Cavid Tağıyevin müvafiq olaraq, 15 və 29-cu dəqiqələrdə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndə olub.

32-ci dəqiqədə Araz Abdullayev kəskin küncdən güclü zərbə ilə hesab arasındakı fərqi azaldıb.

İkinci taymda Nikolas Kanales 59-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

Qələbə qolunu 69-cu dəqiqədə fərqlənmiş Leroy Corc vurub.

75-ci dəqiqədə “Neftçi”nin iki sarı vərəqə almış futbolçusu Karlos Kardoso meydandan kənarlaşdırılıb.

Oyundan fraqmentləri təqdim edirik:


“Qarabağ” ən yaxın izləyicisi “İnter”i 10 xal qabaqlayır. Ağdamlıar ikinci dəfə ölkə çempionu olmaq üçün ardıcıl iki qələbə qazanmalıdırlar.

31-ci turun digər matçlarının nəticələri:

“Xəzər-Lənkəran” – “Qəbələ” – 0:1, “Sumqayıt” – “Simurq” – 1:0, “İnter” – AZAL – 2:0.

Turnir cədvəli

1. “Qarabağ” - 63 xal (28 oyun)
2. “İnter” - 53 (27)
3. “Neftçi” - 46 (28)
4. “Qəbələ” - 46 (28)
5. “Simurq” - 35 (28)
6. AZAL – 32 (28)
7. “Xəzər-Lənkəran” - 27 (27)
8. “Sumqayıt” - 24 (27)
9. “Bakı” - 13 (27)






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:52 UEFA "Qarabağ"ı ən yaxşı klub seçdi (SİYAHI) Klubların yeni reytinq cədvəli açıqlanıb UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in məlumatına görə, 454 klubun yer aldığı siyahıda 7 Azərbaycan təmsilçisi yer alıb. Klublarımızın mövqeyində dəyişiklik olmayıb. Ən yaхşı göstəriciyə yenə "Qarabağ" sahibdi. Ağdam klubu 151-ci
21:09 "Qarabağ" və "Qəbələ" qalib gəldi, "Neftçi"-nin isə bəxti gətirmədi Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub. Günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. "İnter"i qəbul edən "Neftçi" 0:2 hesabı ilə uduzub. İkinci oyunda paytaxt klubları üz-üzə gəlib.
21:37 "Qarabağ" uduzdu, "İnter" qalib gəldi Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Turun bütün oyunları bu günə nəzərdə tutulub. Günün ilk oyun paytaxtda baş tutub. Burada “İnter” “Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Digər oyunda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Matç Bakı klubunun minimal
00:25 "Traktorsazi" ikinci pillədə Təbriz klubu yenə əzmkar qələbə qazanıb İran çempionatında XXI turun oyunları keçirilir. "Traktorsazi" Məşhəd "Neft"inin qonağı olub. Ardıcıl ikinci turda səfərdə oynayan Təbriz klubu yenə əzmkar qələbə qazanıb. Belə ki, hesabı 11-ci dəqiqədə meydan sahibləri penaltidən açıb. "Traktorsazi" buna
20:36 Azərbaycan derbisi FIFA referisinə tapşırıldı AZAL - "İnter" və "Neftçi" - "Qarabağ" oyunlarına əlavə köməkçi hakimlər təyin edlib Topaz Premyer Liqasının XXIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb. ANS PRESS-in məlumatına görə, turun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşması FIFA referisi Əliyar Ağayevə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az