t s

» » Fırıldaqçı turizm şirkətinin rəhbərliyi məhkəməyə verildi

Fırıldaqçı turizm şirkətinin rəhbərliyi məhkəməyə verildi

19-02-2015, 17:38 Yazar:  Aygün Baxılıb: 643 Çap et
Fırıldaqçı turizm şirkətinin rəhbərliyi məhkəməyə verildiQanunsuz bank fəaliyyəti ilə məşğul olan turizm şirkətinin vəzifəli şəxslərinin cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaq zamanı Cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə etməklə “Azər-Türk Bank” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan “Elite Travel” MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt şəhər sakinlərinə vermələrində, eyni zamanda, həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini “Azər-Türk Bank” ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan X.Sadıxov və F.Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:36 Baş Prokurorluq vəzifəli şəxslərin cinayət işilə bağlı xəbər yaydı - Yarım milyonluq cinayət faktı Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
13:42 "AMAY Abdulla"nın məhkəməsində qalmaqal... Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən "A.M.A.Y" rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb. Mediaxeberleri.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses
20:19 Qanunsuz ovlanmış balıqların satılmasının qarşısının alınmasında ciddi çətinliklər var Nazirlik qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri 157 763 manat məbləğində cərimə edib. Bu barədə Mediaxeberleri.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirlik yol kənarında balıq məhsullarının satışını həyata keçirən şəxslərdən də danışdı: “Eyni zamanda, qanunsuz
15:14 Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satan MTK-a sədri həbs edildi Azərbaycanda tikinti şirkətlərindən birinin rəhbəri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
23:07 “Kapital Bank”ın Füzuli filialında maxinasiyalar Camal Ocaqverdiyev dövlətin pullarını sələmə verir Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində “Kapital Bank”ın Füzuli filialının fəaliyyətində yer alan çeşidli nöqsanlara dair materiallar dərc olunmaqdadır. Bu xüsusda redaksiyamıza təqdim edilən məlumatlarda filialın müdiri Camal

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az