t s

» » Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib

Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib

16-03-2019, 14:47 Yazar:  Aytən Məmmədli Baxılıb: 187 Çap et
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. “İlin bağçası"nı seçmək, ən əsas da körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini göstərməkdir.

Mediaxeberleri.az
xəbər verir ki, müsabiqədə Qazax şəhər 1 saylı körpələr evi–uşaq bağçasının “Tumurcuq”, şəhər 2 saylı uşaq bağçasının “Qönçə”, şəhər 3 saylı körpələr evi–uşaq bağçasının “Yasəmən”, şəhər 4 saylı uşaq bağçasının “Qaranquş”, şəhər 5 saylı körpələr evi–uşaq bağçasının “Nərgiz” və şəhər 6 saylı körpələr evi–uşaq bağçasının “Buta” komandaları iştirak edib.
4 nominasiya: şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar bir-birindən maraqlı çıxışlar nümayiş etdiriblər.

Mədəniyyət Mərkəzində keçirilən bayram əhval-ruhiyyəli yarışmada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə,mədəniyyət işçiləri, bağça müdirləri, valideynlər, rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri və mətbuat işçiləri iştirak edib.
Balaca fidanların ixtiyarına verilmiş Mədəniyyət Mərkəzinin böyük zalı al-əlvan şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bir-birindən gözəl, rəngarəng geyimli gül balaların üzlərində təbəssüm, könüllərində xoş ovqat hissi vardı. Sıra ilə düzülmüş körpə balalar öz çıxışlarını nümayiş etdirmək üçün səbirsizliklə gözləyir, öz şıltaq hərəkətləri ilə ətrafa sevinc bəxş edirdilər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar Akif Əmirov və Zəmanə Dərviş çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda körpə balaların azad və firəvan şəkildə böyümələri üçün göstərilən diqqət və qayğıdan söz açıb, münsiflər heyətinin üzvlərini və komandaları tədbir iştirakçılarına təqdim ediblər.
Bayram əhval-ruhiyyəli tədbirdə qeyd olunub ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər vaxtilə bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, Fərman və Sərəncamlar imzalamışdır. Dahi şəxsiyyət Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışmışdır.
O, hər zaman “Uşaqlar bizim gələcəyimizdir” deyirdi. Bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də dahi şəxsiyyətin xeyirxah ənənələrini uğurla həyata keçirir. Dövlət başçısının 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncamı da ölkədə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Bildirilib ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları Haqqında Konvensiya Beynəlxalq Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə ilk növbədə uşaqların söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır.
Vurğulanıb ki, uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vaxtaşırı yeni tikilmiş bağçaların açılışında iştirak etməsi ölkə rəhbərliyinin uşaqlara verdiyi böyük qiymətin təzahürüdür. Bundan əlavə, hər il onlarla, yüzlərlə yeni-yeni bağça tikilib istifadəyə verilir, bir o qədər sayda bağça isə əsaslı təmir olunaraq ən müasir vəziyyətə gətirilir. Ölkəmizdə bu sahədə aparılan əsrarəngiz işlərə Qazax rayonunda da hər addımda rast gəlmək mümkündür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayonuna təyin olunduğu ilk gündən öz diqqət və qayğısını rayonumuzun körpələrindən əsirgəməmişdir.
Şəhərdəki körpələr-evi uşaq bağçalarında yeni qrupların açılmasına ehtiyac olduğundan 2018-ci ilin yanvar ayında Qazax şəhər 4 saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə 2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılaraq əhalinin istifadəsinə verilmişdir. Bu qruplara ümumilikdə 35 nəfər yeni işçi götürülmüş və 135 nəfər uşaq cəlb edilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən Qazax şəhəri Bakı küçəsində 3 mərtəbədən ibarət 1 saylı körpələr evi-uşaq bağçası tikilmiş, ən müasir avadanlıq və inventarlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.
Həmçinin, 2018-ci ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması nəzərdə tutulduğu üçün şəhərdə fəaliyyət göstərən 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçalarının binalarında bərpa gücləndirmə, Bala Cəfərli kənd uşaq bağçası, Quşçu Ayrım kənd uşaq bağçası, Canalı kənd uşaq bağçası və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası binalarında əsaslı təmir işləri aparılmış, yüksək səviyyədə müasir tələblərə cavab verən inventar avadanlıqlarla təchiz olunaraq azyaşlıların istifadəsinə verilmişdir.
Bu ilin yanvarında Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri yekunlaşaraq körpə balaların istifadəsinə verilmişdir. Rayon üzrə qalan 8 məktəbəqədər təhsil müəssisəsində isə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulur.

Qazax şəhərinin bütün bağçaları artıq hər bir uşağın, hətta, valideynin arzuladığı formada fəaliyyət göstərir. İstilik sistemi ilə tam təchiz edilmiş işıqlı auditoriyalarda rəngarəng nağıllar dünyasını xatırladan atmosfer uşaqların gələcəyə möhkəm dayaqlar üzərində hazırlanmasını şərtləndirir. Bağçaların rəhbərliyi, müəllimləri hər bir uşağa öz övladı kimi yanaşaraq, onların yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması yönündə yorulmaz işlər görürlər.
Bu sahədə görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etmək məqsədilə bu gün Rayon İcra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ikinci dəfə genişmiqyaslı şəkildə Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında keçirilən müsabiqə də məhz bu amala xidmət edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını milli bayramımız olan Novruz bayramı və təşkil olunan möhtəşəm bayram tədbiri münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, ölkəmizdə uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda, savadlı və vətənpərvər ruhda böyümələri üçün əllərindən gələni əsirgəməyib. Azərbaycanda uşaq problemlərinin həlli həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

İcra başçısı qeyd edib ki, bu gün əminliklə deyə bilərəm ki, Qazax şəhərinin bütün bağçaları artıq hər bir uşağın, hətta, valideynin arzuladığı formada fəaliyyət göstərir və onların ən sevimli məkanına çevrilib. Bu gün fidan balalar özlərini evlərindəki kimi hiss edirlər. Bu rahatlığı isə onlara dövlətimiz və dövlət başçımız yaradır. Bu gün biz qazaxlılar yaradılan bu yüksək şəraitə görə ölkə rəhbərinə minnətdar olmalıyıq.
Rayon rəhbəri bildirib ki, mənim üçün tək münsiflərin verdikləri qiymətləndirməyə əsasən qalib olan bağça deyil, bütün bağçalar qalibdir. Mən bütün bağçaların kollektivlərinə uğurlar arzu edirəm.

Sonra söz körpə fidanlara verilib. Uşaqlar bir-birindən maraqlı şeirlər söyləyib, mahnılar oxuyub, rəqs edib, səhnəciklər nümayiş etdiriblər.
Balacaların dahi şair Səməd Vurğunun “Bahar” şeirini söyləməsi ilə müsabiqə açıq elan olunub.
Körpə fidanların dilindən səslənən “Azərbaycan”, “Novruz əldə gül gəlir” şeirləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Müsabiqənin mahnı nominasiyası üzrə keçirilən mərhələsində körpə fidanlar vətənpərvərlik ruhunda olan mahnılar ifa edərək öz məharətlərini göstəriblər. “Bahar”, “Səməni nazlı gəlin”, “Yaz gəldi”, “Bayram gəlir elimə” mahnıları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
Qədim və milli rəqs nümunələrinin yer aldığı üçüncü mərhələdə “Turacı”, “Qazaxı”, “Saz”, “Qoçəli”, “Səməni” və “Naz eləmə” kimi rəqslərimiz körpə balaların ifasında tədbirə başqa bir rəng qatıb.

Nəhayət, müsabiqənin dördüncü nominasiyası üzrə təqdim olunan mərhələdə körpələrin sərbəst mövzuda hazırladıqları səhnəciklər yer alıb. Olduqca bir-birindən maraqlı olan səhnəciklər tədbirə toplaşanlarda qürur hissi ilə yanaşı kövrək anlar da yaşadıb. “Novruza bəzəkdi çərşənbələr”, “Ananın əsgər sovqatı” adlı və bunun kimi onlarca belə səhnəciklər körpə fidanların vətənpərvərlik ruhundan, döyüş əzmindən xəbər verib, kövrək duyğulu hisslər bəxş edib.

Qazax RİH başçısının köməkçisi, baş münsif Əmin Abıyev, aparatın məsləhətçisi Babək Alıyev, AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov, şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Əmiraslanova, şəhər 1 saylı klubda mədəni təşkilatçı Sərgül Kazımova, rayon Təhsil şöbəsinin metodisti Şəfa Yadigarova, şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Bahar Orucova, 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Kərimova, 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Albina Yəhyayeva, 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Alıyeva, 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova, məktəb–liseyin ibtidai sinif müəllimi Könül Hüseynova, Çaylı kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Həsənova, Birinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Tamella Abdullayeva, Qaymaqlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Söylü Məmmədova, Kosalar kənd tam orta məktəbin ibtidai sinif müəllimi Sakibə Məmmədova, Yuxarı Salahlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Mailə Mansurova və Daş Salahlı kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Fəxriyyə Salmanovanın üzv olduğu münsiflər heyəti hər nominasiya üzrə çıxışları qiymətləndirərək 10 ballıq sistem üzrə müvafiq qiymətlərini veriblər.

Hər 4 nominasiya üzrə toplanan yekun qiymətlərə görə qalib və digər yerləri tutan komandaların adları bəlli olub. Yekun qiymətləndirməyə görə Qazax şəhər 4 saylı uşaq bağçasının “Qaranquş” komandası 718 balla birinci yeri tutaraq “İlin bağçası” adına layiq görülüb. Şəhər 1 saylı körpələr evi–uşaq bağçasının “Tumurcuq” komandası 704 balla müsabiqənin ikincisi olub. Üçüncü yeri isə 693 bal toplayan şəhər 2 saylı uşaq bağçasının “Qönçə” komandası qazanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib olan bağçanın kollektivinə Fəxri Fərman, gül dəstələri, hədiyyələr təqdim edib. Digər yer tutan komandalar və müsabiqənin təşkilati işlərində göstərdikləri xidmətlərə görə bağçaların tərbiyəçiləri, əməyi keçən işçi qrupunun üzvləri də Fəxri Fərmanlarla, gül dəstələri və müvafiq hədiyyələrlə mükafatlandırılıblar.

Rayon rəhbəri sonda ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını, eləcə də qazaxlıları, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən bir daha təbrik edib, ən xoş arzularını yetirib. Qeyd edib ki, körpə fidanların da söylədiyi kimi tezliklə işğal altında olan torpaqlarımız, eləcə də Qazaxın işğalda olan 7 kəndi azad olunsun və biz növbəti müsabiqələri o torpaqlarımızda keçirək. Rayon rəhbəri ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə müjdəli xəbərin bütün dünyaya yayılacağı günün uzaqda olmadığını bildirib.
Sonda müsabiqənin təşkilində əməyi keçən müəllimlərə, tərbiyəçilərə, eləcə də işçi qrupunun üzvlərinə minnətdarlıq edən icra başçısı bu cür müsabiqələrin bundan sonra da keçiriləcəyini qeyd edib və yeni-yeni uğurlar arzulayıb.

Bayram əhval-ruhiyyəli tədbir sonda xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.

Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
14:31 Regionlarda iık dəfə: Bağcalar arasında vətənpərvərlik mövzusunda müsabiqə keçirilib - Qazaxda Rəcəb Babaşov qayğısı ilə körpələrin də diqqətini cəlb etdi Dünən Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında ilk dəfə olaraq genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “İlin ən yaxşı bağçası” müsabiqəsi keçirilib. Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən müsabiqənin əsas
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az