t s

» » Rəhman Kazımov qızıl medala yiyələndi

Rəhman Kazımov qızıl medala yiyələndi

16-03-2019, 14:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 81 Çap et
Rəhman Kazımov qızıl medala yiyələndi
ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Son olaraq, körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 131 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub. Təkanla qaldırma hərəkətində isə Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb.

Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmadığından Kazımov ilkə imza atıb. Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada 4-cü yeri tutub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:30 Atletimiz dünya birinciliyində üçüncü oldu ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi çərçivəsində Əli Şükürlü körpücük üzərinə çıxıb və bürünc medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb. Ə.Şükürlü 102 kq çəki dərəcəsində
08:54 Səbinə Əzimova ağır atletika üzrə 3 qat Avropa çempionu oldu Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu oldu Kosovonun paytaxtı Priştina şəhərində 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Mediaxeberleri.az-ın məlumatına görə, 22-30 sentyabr tarixlərində keçirilən yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və
09:03 Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu oldu Kosovonun paytaxtı Priştina şəhərində 22 sentyabr tarixində start götürən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından Report-a verilən məlumata görə, yarışda 40-a yaxın ölkədən 305 atlet
07:58 Xaricdə tər axıdan azərbaycanlı İDMANÇILAR Bir neçə gün bundan əvvəl Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin Londonda keçirilən atletika üzrə dünya çempionatında qızıl medal alması hər iki qardaş ölkənin ümumi sevincinə çevrildi. Doğrudur, ortada təəssüfləndirici meyarlar da var idi ki, bu da xüsusilə Azərbaycan mediasında
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az