t s

» » Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi

Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi

15-03-2019, 14:46 Yazar:  Aytən Məmmədli Baxılıb: 162 Çap et
Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşlarla səyyar qəbulları davam etdirir. Növbəti səyyar görüş Ağstafa şəhər 2 saylı tam orta məktəbində rayonun təhsil işçilərinin iştirakı ilə keçirilibdir.

Mediaxeberleri.az
xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, əmin-amanlığından geniş söz açaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən rayonda görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə danışıb. Qeyd olunub ki, sadalanan işlər dövlət başçımız cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Görüşdə təhsil işçilərini narahat edən istənilən məsələnin səsləndirilməsi təklif olundu.

Şıxəli Qurbanov küçəsinə asfalt örtüyünün salınması, 2 saylı tam orta məktəbin istilik sisteminin yenidən qurulması, məktəbin həyətyanı sahəsinə asfalt örtüyün salınması, Səməd Vurğun küçəsində piyadaların təhlükəsiz gediş-gəlişinin təmin edilməsi üçün bir tərəfli səkinin quraşdırılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Ağstafa Olimpiya İdman Kompleksinin tikilməsinə ehtiyac olduğu vurğulandı.

Səyyar görüşü yekunlaşdıran cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
19:43 Bu gün Qazaxda daha bir məktəbin - Xalq şairi Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin açılış mərasimi olub Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Mediaxeberleri.az xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə
11:10 HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım. Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq”
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
11:43 Lui Araqon: "Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır" Azərbaycanın ən böyük şairi Səməd Vurğundu. Müasir Azərbaycan türkcəsində poeziyamızı ən yüksək zirvəyə Səməd Vurğun qaldırıb. Səməd Vurğunun şeirlərindəki yüksək energetika heç bir şairdə yoxdur. Səməd Vurğun şeirlərini oxuyan insan qanad çalıb əngin fəzalarda uçmaq, Azərbaycanı seyr etmək

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az