t s

» » Azad Rəhimov Əbu Dabidə

Azad Rəhimov Əbu Dabidə

15-03-2019, 15:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 66 Çap et
Azad Rəhimov Əbu Dabidə
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində start götürən Dünya Xüsusi Olimpiya Oyunlarının açılış mərasiminə qatılıb.

Mediaxeberleri.az
xəbər verir ki, səfər çərçivəsində nazir Azad Rəhimov Abu Dabinin Vəliəhdi, BƏƏ-nin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, BƏƏ-nin baş naziri və vitse prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Məktum, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista, Serbiyanın gənclər və idman naziri Vanja Udovicic və Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Məhəmmədiulı ilə görüşlər keçirib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı nazir Azad Rəhimov, Abu Dabi vəliəhdinə Azərbaycan Respublikasının prezidenti cənab Ilham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan dərin təşəkkürünü bildirərək, öz növbəsində onun da salam və səmimi arzularının cənab prezident Ilham Əliyevə çadrırılmasını xahiş edib.

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şrayver tədbirin açılış mərasimində çıxışı zamanı ötən il Bakıda keçirilən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu haqqında xüsusi olaraq danışıb.

Bakı Forumunun Xüsusi Olimpiya Hərəkatının inkişafında müstəsna rol oynadığını bildirən Timoti Şrayver, Azərbaycanın əqli məhdudiyyətləri olan və olmayan gənclərə verdiyi dəyəri nümayiş etdirdiyini, dünya şöhrətli ulduzların da məhz o müddətdə Bakıya səfər etdiklərini diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, Dünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən artıq xüsusi olimpiya idmançısı iştirak edir. Azərbaycanı bu yarışda 56 idmançı on idman növündə təmsil edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Gənclər Günü Qazaxda böyük təntənə ilə qeyd olunub 2 Fevral - Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Mediaxeberleri.az xəbər verir ki, bu münasibətlə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
00:02 İlham Əliyev ilk Avropa Oyunlarının məşəlini alovlandırdı (Video) Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az