t s

» » "Baş həkim 5 tibb işçisini Nüşabəyə görə çıxarıb" - Afətdən ŞOK İDDİA

"Baş həkim 5 tibb işçisini Nüşabəyə görə çıxarıb" - Afətdən ŞOK İDDİA

15-03-2019, 14:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 66 Çap et
"Baş həkim 5 tibb işçisini Nüşabəyə görə çıxarıb" - Afətdən ŞOK İDDİA
Müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub.

Məsələ ilə bağlı Mediaxeberleri.az
-a açıqlama verən müğənni Afət Fərmanqızı bildirib ki, Şəki Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov işçilərini müğənni Nüşabə Ələsgərliyə görə işdən çıxarıb:

"Mənə bir nəfər instagramda yazdı ki, baş həkim Nüşabə Ələsgərlinin qohumudur. Onun da mənimlə münasibətləri bu mahnıya görə pozuldu. Ya baş həkim Nüşabəyə yaxşı görünmək üçün bu addımı atıb, ya da o, bu videonu görəndən sonra baş həkimə nəsə deyib. Düzü, mən bu söhbətlərə inanmaq istəmirəm. Amma qanunvericilikdə belə bir şey yoxdur ki, işçi nahar vaxtı çəkdiyi videoya görə işdən çıxarılsın. Bunu Allah da götürməz ki, 5 ailəni bayram qabağı çörəyindən etsinlər. Mən onlara vəkil tutmuşam. Həmin səhiyyə işçilərinin hüquqlarını bərpa etmək üçün məhkəməyə müarciət olunacaq. 4 yaxın dostuma demişəm, bir də mən özüm həmin 5 işçinin ailəsinə maaşından da çox hər ay maddi yardım edəcəyik. Bir də onu demək istəyirəm ki, məni bu mahnıya görə tənqid edən şəxslər və sənət adamları qələt edirlər. Onlar getsinlər işləri ilə məşğul olsunlar. Mən erməni deyiləm ki, mənim üzərimə bu qədər gəlirlər."




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:19 Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı - SƏRƏNCAM Prezident İlham Əliyev Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
23:33 Prezidentə iqtisadi sabotaj: Rüfət Aslanlı-Natiq Əmirov ittifaqı – TƏHLİL Bu günlərdə isə ölkə başçısının sərəncamı ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. Natiq Əmirov iqtisadi islahatlar üzrə prezidentin köməkçisidir və bu vəzifəyə ötən il təyin edilib. Natiq Əmirov hansı iqtisadi
17:56 Qürbətdə qəribsəyən məzarlarımız... Elə kəsə başlayacam... İmadəddin Nəsimi və Məhəmməd Füzuli o qədərmi lazımsız olublar ki, onların məzarlarının, cəsədlərinin axır aqibəti ilə heç kəs maraqlanmır ? Belə çıxır ki, bizə onların adı lazımdır fəxr etməyə, özləri yox ? İraq illərdir yanır od içində, Suriya və Hələb də onun kimi.
19:01 Bakıda 5 yaşlı qızı ilə süpürgəçi işləyən ananın acı həyat hekayəsi Hər birimizin həyatı bir hekayədir. Bu hekayələr arasında şirin olanı da var, acı olanı da... Aramızda elələri var ki, onların bütün ömürləri çətinliklərlə, porblemlərlə, sıxıntılarla doludur. Bəzi insanlar var ki, ömrün müxtəlif çağlarında bu dərdlərin onu tərk edəcəyini, nə zamansa yeni və gözəl

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az