t s

» » Ağcabədidə “ağ ölüm“ yayanlar saxlanılıb - VİDEO

Ağcabədidə “ağ ölüm“ yayanlar saxlanılıb - VİDEO

14-03-2019, 23:10 Yazar:  Eldar Baxılıb: 45 Çap et
Ağcabədidə “ağ ölüm“ yayanlar saxlanılıb - VİDEO
Aparılan axtarış əməlyyat tədbirləri nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Vahid Əhmədovun üzərindən 2 bükümdə ümumi çəkisi 6.207 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla V. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman orada da 225 qram heroin aşkar edilib .
Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elşən Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 0.600 qram heroin, yaşadığı evə baxış keçirilən zaman 5.059 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:49 Bərdədə XÜSUSİ ƏMƏLİYYAT - Narkotik satarkən... - VİDEO Bərdə rayonunda evdən külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb. Bu barədə "Report"un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri
10:46 Evindən də narkotik çıxdı Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik
13:25 Azərbaycandan xaricə 860 min dollar keçirilməsinin qarşısı alınıb DGK məlumat yaydı. 2015-ci il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
23:22 Eldar Mahmudov erməni casuslarından danışdı "Bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar" “İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az