t s

» » Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi: İşlərin həcmi əsassız olaraq artıq yazılıb

Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi: İşlərin həcmi əsassız olaraq artıq yazılıb

14-03-2019, 22:29 Yazar:  Eldar Baxılıb: 38 Çap et
Maliyyə Nazirliyinin yoxlamasının nəticəsi: İşlərin həcmi əsassız olaraq artıq yazılıb
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ildə apardığı nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında 7 milyon 27 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib. Təqsirkar şəxslər hesabına həmin vəsaitin 2 milyon 195 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2018-ci il üçün tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən 10 rayon (şəhər) icra hakimiyyətlərinə, 7 şəhər ərazi nümayəndəliyinə, 5 təhsil, 7 səhiyyə və 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 2 elmi tədqiqat institutuna, 1 protez-ortopedik bərpa və 1 uşaq bərpa mərkəzlərinə, 1 ali təhsil müəssisəsi, 2 səfirliyə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə və onun 3 rayon məşğulluq mərkəzinə, eyni zamanda, bir sıra şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, 676 vəzifəli şəxsə ümumilikdə 554,6 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.


Hesabat dövründə 12 təşkilat üzrə aşkar edilmiş artıq ödənişlərin 4 milyon 550 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq sənədlər Baş Prokurorluğa göndərilib.

26 təşkilat üzrə aşkar edilmiş əsassız ödənişlərin 473,1 min manat hissəsinə dair nəzarət tədbirlərinə dair sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə prokurorluq orqanlarına göndərilib.

Eyni zamanda, 2018-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının qərarlarına əsasən 12 təşkilatda aparılmış yoxlamalar yekunlaşdırılaraq müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

Məlumatda qeyd edilir ki, ötən il aparılan nəzarət tədbirləri zamanı bir sıra xarakterik nöqsanlar da aşkarlanıb. Belə ki, bir sıra hallarda yerli icra hakimiyyəti orqanlarında rayon mərkəzlərinin və şəhərlərinin abadlığı, o cümlədən xəstəxanaların, məktəblərin, mədəniyyət müəssisələrinin, icra hakimiyyətlərinin binalarının və digər sosial obyektlərin, habelə yolların təmiri və tikintisi üçün ayrılmış vəsaitlərin təyinatına xərclənməsi üzrə aparılan nəzarət tədbirləri ilə yerinə yetirilmiş kimi göstərilən işlərin həcminin əsassız olaraq artıq yazıldığı, malların (iş və xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinə zidd olaraq bəzi hallarda satınalma prosedurlarının keçirilmədiyi, layihə-smeta sənədlərinin tərtib edilmədiyi aşkar edilib. Həmçinin, rayon mərkəzlərində (şəhərlər) təmizlik işlərinin aparılması və yaşıllıq sahələrinə xidmət ilə əlaqədar işlərin dəyərini müəyyən edən hesabatlar bir sıra hallarda tərtib edilməyib, tərtib edildiyi halda isə işlərin dəyəri əsassız olaraq artırılıb və dövlət büdcəsindən artıq vəsait alınaraq səmərəsiz xərclənib. Bununla yanaşı, alınmış malların (iş və xidmətlərin) dəyərinin bank köçürmələri vasitəsi ilə deyil nağd qaydada ödənildiyi, rayonların (şəhərlərin) kommunal təsərrüfatları tərəfindən əhalidən və kommersiya obyektlərindən bərk məişət tullantılarının yığılması və ərazidən daşınaraq zərərsizləşdirilməsi üzrə böyük məbləğdə xidmət haqlarının yığılmasının təmin edilmədiyi, uşaq baxçalarında uşaqların davamiyyətinin çox aşağı olmasına baxmayaraq əsassız olaraq artıq qrupların yaradıldığı, bəzi hallarda isə baxçaların binalarının tam yararsız vəziyyətdə olmasına baxmayaraq həmin binalarda baxçaların fəaliyyətlərinin sənədləşdirildiyi, bəzi hallarda uşaqlara verilməsi sənədləşdirilən ərzaq məhsullarının bir hissəsinin faktiki olaraq alınmadığı və uşaqlara verilmədiyi kimi nöqsanlar aşkar olunub.

Yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılmış xidmət qurumlarında uçot və hesabat işləri lazımi səviyyədə təşkil edilmədiyindən onların təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələr verilməyib, balans hesablarının analitik uçotu aparılmayıb, bəzi hallarda əsas vəsaitlərə köhnəlmələr hesablanmayıb.

Aşkar edilmiş nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdimatlar göndərilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
22:27 10 dövlət təşkilatı 2,3 milyon manat mənimsəyib Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələrini açırlayıb. Mediaxeberleri.az nazirliyə istinadən xəbər verir ki, 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
10:19 Maliyyə Nazirliyi məmurlarla bağlı səs-küylü korrupsiya faktları açıqladı Maliyyə Nazirliyi məmurlarla bağlı səs-küylü korrupsiya faktları açıqlayıb. Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə Xidmətin iş planına uyğun olaraq respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az