t s

» » Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi

14-03-2019, 22:19 Yazar:  Firuzə Baxılıb: 51 Çap et
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi
Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Mediaxeberleri.az
xəbər verir ki, 2019-cu il martın 14-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi və peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib.


Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Olimpiya və dünya çempionları, idman ictimaiyyətinin nümayəndələri, Akademiyanın müəllim və tələbə kollektivi iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər. Tədbir akademiyanın akt zalında davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsindən, eləcə də Azərbaycan təhlükəsizlik orqanlarının inkişafındakı xidmətlərindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət təhlükəsizliyi orqanlarına diqqət və qayğısından bəhs edən sənədli film nümayiş olunub. Sonda Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında təqdim edilən Azərbaycan xalq mahnıları, o cümlədən Ulu Öndər Heydər Əliyevin sevimli mahnıları, dünya və milli musiqi klassiklərimizin əsərlərindən hissələr tədbir iştirakçılarında xoş ovqat yaradaraq alqışlarla qarşılanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:23 Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub 13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu gün
13:39 Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında ehtiramla anılıb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında ehtiramla anılıb. Şərur rayonu Dekabrın 12-də rayonun idarə, təşkilat və müəssisələrinin, təhsil ocaqlarının kollektivləri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az