t s

» » Əfv qərarına sanılı günlər qalır... - Deputat DANIŞIR

Əfv qərarına sanılı günlər qalır... - Deputat DANIŞIR

14-03-2019, 22:03 Yazar:  Firuzə Baxılıb: 89 Çap et
Əfv qərarına sanılı günlər qalır... - Deputat DANIŞIR
“Azərbaycan demokratik inkişaf yolunu tutub və bu yolda ciddi addımlar atmaqdadır. Deyildiyi kimi, bu yolun da son həddi yoxdur”.

Bunu “Ölkə.Az”a millət vəkili Fəzail Ağamalı ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının duruma ilə bağlı hazırladığı hesabatda Azərbaycana qarşı ünvanlanan fikirlərə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu hesabatlar Azərbaycanı sevməyən anti-Azərbaycan qüvvələr tərəfindən və onların ölkəmizdəki əlaltılarının verdiyi saxta faktlar əsasında hazırlanıb:

“Azərbaycan demokratik və hüquqi dövlət olduğundan kimsə əqidəsinə, siyasi dünyagörüşünə və ya peşəsinə görə təqib edilmir. Bu gün qanunu pozduğuna görə məsuliyyətə cəlb olunanlar var və onlar da cəzalarının müəyyən hissəsini çəkdikdən sonra ölkə başçı tərəfindən əfv olunaraq azadlığa çıxıblar. Məsuliyyətə cəlb olunan şəxslər zaman –zaman ölkə başçısının əfv fərmanı və Heydər Əliyev Fondu tərəfindən təklif edilən amnistiyalar nəticəsində azadlığa çıxırlar. Novruz bayramı ərəfəsində də növbəti əfv fərmanı gözlənilir.
Ümumiyətlə Heydər Əliyev tərəfindən məsuliyyətə cəlb olunan insanlara humanistlik nümayiş etdirilərək, bir humanist siyasət yürüdülür. Bu artıq bir ənənə halını alıb”.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər bir şəxs törətdiyi əmələ görə hüquqi qiymətini almalıdır:

“O baxımdan da ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında saxta faktlara əsaslanan hesabat hazırlması, əslində bu ölkənin imicinə xələl gətirir. Azərbaycan demokratik ölkədir və bu tutduğu yola sadiqdir. Kimsə biz bu yoldan döndərə bilməz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az