t s

» » İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEO

İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEO

14-03-2019, 21:10 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
İran SİLKƏLƏNİR: hər kəs Qarabağ deyir - VİDEO
Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər.

Axar.az xəbər verir ki, azarkeşlər “Traktor” – “Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər.

Hazırda meydanda olan soydaşlarımız bildirirlər ki, onların arasında sarı geyimli polis əməkdaşları var və onlar hər vəchlə şüarların qarşısını almağa çalışırlar.

Stadionda 50 min “Traktor” azarkeşinin olduğu bildirilir.

Qeyd edək ki, N.Paşinyanın İranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin bu plakatın qaldırılmasına göz yummasına etiraz olaraq, güneyli fəallar “Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağ məsələsinə diqqət çəkəcəklərini bildiriblər.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:59 İran bu addımla Bakını ABŞ-ın “Tehran planı”na qoşur Xocalı soyqırımından bir gün sonra Ermənistan baş naziri ilə görüşən və Tehrandakı “Ararat” kompleksində “Qarabağ Ermənistandır və Son” plakatının qaldırılmasına imkan verən İran rəsmiləri, əslində, özlərinə ziyan vururlar. Bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə
08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq
22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az