t s

» » Şad xəbər: Həyət evləri ilə bağlı konsepsiya hazırlanır

Şad xəbər: Həyət evləri ilə bağlı konsepsiya hazırlanır

14-03-2019, 20:43 Yazar:  Səma Baxılıb: 108 Çap et
Şad xəbər: Həyət evləri ilə bağlı konsepsiya hazırlanır
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.

Lakin qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır.

Digər tərəfdən, vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq, əmlaklarının qeydiyyata alınması ilə bağlı müraciət etmirlər.

Hazırda Prezident Administrasiyasının tapşırığına uyğun olaraq, Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcəkdir.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:27 500 min sənədsiz ev: Rüşvət səddi sənədləşməyə imkan vermir Ramil Osmanlı: “Hökumət konkret qərarlar qəbul etməlidir” Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemi olaraq qalır. İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə
07:50 500 min sənədsiz ev: Rüşvət səddi sənədləşməyə imkan vermir Amil Osmanlı: “Hökumət konkret qərarlar qəbul etməlidir” Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi uzun illərin problemi olaraq qalır. İllərdir ki, həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Bu problem analoji torpaq və evlərin ortaya çıxması ilə
20:54 Sənədsiz evlərlə bağlı müsbət qərar verilə bilər Vahid Əhmədov: “Artıq Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll edib yekunlaşdırmalıdır və həmin evlərə sənəd verilməlidir” Azərbaycanda fərdi tikililərin sənədləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov mətbuata açıqlamasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az