t s

» » Dünya Kubokunda bu yarışın finalçılar bəlli oldu

Dünya Kubokunda bu yarışın finalçılar bəlli oldu

14-03-2019, 23:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 55 Çap et
Dünya Kubokunda bu yarışın finalçılar bəlli oldu
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində müxtəlif hündürlüklü qollar üzrə yarışlarda çıxış edən qadın gimnastlar arasında finalçılar müəyyənləşib.

Mediaxeberleri.az
-ın məlumatına görə, rusiyalı idmançı 14,466 bal toplayaraq lider olub.

Finala, həmçinin isveçli Yonna Adlerteq (14,33 bal), Çin təmsilçisi Lyu Tszyatsi (14,066), ukraynalı gimnast Diana Varinska (13,933), Avstraliya idmançısı Corciya-Rouz Braun (13,633), daha bir ukraynalı Anastasiya Baçinska (13,033) və italyan gimnast Martina Ritselli (12,966) vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
23:06 Azərbaycanın Olimpiya yığmasının ümumilikdə 18 medal əldə etməsi çox gözəl nəticədir Firdovsi Umudov: Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib Müsahibimiz Azərbaycanın sərbəst
07:25 Daha iki idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazandı Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir. Kişilər arasında dairəvi səngər stend atıcılığı üzrə keçirilən yarışlarda 108 idmançı mükafat uğrunda
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az