t s

» » Dərman istehsalı zavodu tikiləcək

Dərman istehsalı zavodu tikiləcək

14-03-2019, 20:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 40 Çap et
Dərman istehsalı zavodu tikiləcək
Azərbaycan və İran Pirallahı Sənaye Parkında dərman istehsalı üzrə zavod inşa edəcək.

Mediaxeberleri.az
-ın məlumatına görə bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes və investisiya forumu çərçivəsində çıxış edərkən deyib.

"Pirallahı Sənaye Parkında birgə müəssisəmiz tərəfindən dərman istehsalı zavodunun tikintisinə başlanacaq. İnanıram ki, biz bu layihəni də uğurla başa çatdıra biləcəyik",- deyə nazir bildirib.

Nazir ötən il Neftçalada Azərbaycan və İran prezidentlərinin iştirakı ilə avtomobil istehsalı zavodunun istismara verilməsinə də toxunub. Onun sözlərinə görə, hazırda zavod uğurla fəaliyyət göstərir, birada qısa müddət ərzində 1 000-dən çox avtomobil istehsal olunub: "Çox önəmlidir ki, istehsal olunan avtomobillərin 90%-i artıq satılıb".

Azərbaycanla İran arasında olan ticarət əlaqələrinə toxunan nazir onu da vurğulayıb ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 74% artıb.

"Bu onu göstərir ki, ölkələr arasında olan əlaqələr yüksək səviyyədə inkişaf edir. Əlaqələr neft, energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, İKT və s. sahələri əhatə edir. Kənd təsərrüfatı sahəsini, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sahəsini vurğulamaq istərdim. Hesab edirik ki, iki ölkə arasında böyük imkanlar var və mən bizim sahibkarları kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığa çağıram", - deyə nazir qeyd etdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya
15:07 Üç ölkə biznes forum keçirdi - Forumda 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib Batumidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. İqtisadiyyat və Sənaye

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az