t s

» » Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR

Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR

14-03-2019, 15:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 50 Çap et
Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR
Yaponiyada rəsmi səfərdə olan vergilər naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Taro Kono ilə görüşüb.

Mediaxeberleri.az
xəbər verir ki, T.Kano 2018-ci ilin sentyabrında Bakıya rəsmi səfərini xatırladaraq, ölkəmizdə səmərəli görüşlər keçirdiyini, qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib. Görüşdə ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan-Yaponiya əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyi vurğulanıb.

Səfər çərçivəsində vergilər naziri M.Cabbarov Yaponiya Baş nazirinin xüsusi müşaviri Tamohiko Taniquçi, xarici işlər nazirinin müavini Toşiko Abe, habelə Yaponiya maliyyə nazirinin müavini, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Keniçiro Ueno ilə də görüşüb. Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi və ticarətin həcminin artırılması istiqamətində perspektivlər barədə müzakirələr aparılıb. Görüşlər zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib, ölkəmizdə qeyri-neft sahəsində əməkdaşlıq və müştərək müəssisələrin təşkili üçün böyük potensialın olduğu diqqətə çatdırılıb.
Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-Yaponiya iqtisadi komitəsinin üzvləri ilə də görüşüb. Görüşdə komitə üzvləri ilə Yaponiya biznes dairələrinin Azərbaycan iqtisadiyyatında iştirakının artırılması imkanları, ölkəmizin sənaye, kənd təsərrüfatı, səhiyyə sahələrinə yeni texnologiyaların idxalı, sərmayə qoyuluşu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdə ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da iştirak edib.

Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən nümayəndə heyəti Sülh Memorial Muzeyi və Sülh parkı ilə tanış olub, II Dünya müharibəsi qurbanlarının xatirəsini yad edərək dərin ehtiramlarını bildiriblər.

Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR
Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR
Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR
Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR
Mikayıl Cabbarov yapon nazirlə görüşdü - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
16:39 Kamran Nəbizadə: Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır (MÜSAHİBƏ) Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadənin Trend-ə müsahibəsi - Bu yaxınlarda “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
00:55 3 ölkə Ermənistana mesaj verdi "Bu yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilər" Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az