t s

» » “Azərsun”da haqq-ədalət yoxdur” - GİLEY

“Azərsun”da haqq-ədalət yoxdur” - GİLEY

14-03-2019, 11:50 Yazar:  Firuzə Baxılıb: 25 Çap et
“Azərsun”da haqq-ədalət yoxdur” - GİLEY“Azərsun” Holdinqin tərkibində olan “Xəzər” Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı Kənan Orucəliyev Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı məktubunda çalışdığı şirkət tərəfindən qanunsuzluğa məruz qaldığını bildirib.

Mediaxeberleri.az-a ünvanlanmış müraciətdə qeyd olunur ki, hadisə Dübəndi neft terminalında baş verib. Belə ki, mühafizəçi xidməti rəhbərliyinin kobud və nalayiq ifadələrinə etiraz edəndən sonra təzyiqlərə məruz qalıb. ““Azərsun” Şirkətində qeyri-qanuni işləyən bizim sahə rəisimiz, Xəzər Rayon Mühafizə İdarəsinin polis əməkdaşı Ramiz Rüstəmov düzülüşdə təlimat keçdiyi zaman söyüş söyüb, bizi təhqir etdiyi üçün etik çərçivədə etirazımı bildirdim. Ancaq R.Rüstəmov durmadan söyüşü 3 dəfə təkrarladı.

Hətta onun özbaşınalığına etiraz edəndə “Azərsun”da müdiriyyət müdiriyyətin sözünü eşidir, sizi kim eşidecek? “Azərsun”da haqq-ədalət yoxdu” deyə, özünəarxayınlıqla cavab verdi. Bundan sonra, 11.12.2018-ci ildə etirazıma görə mənə töhmət verildi, iş yerim dəyişdirildi, maaşım kəsildi və töhmətlə razılaşmayıb, imzalamadığım üçün 10 gün işə buraxılmadım…”
Özünə qarşı haqsızlıq edildiyini bildirən zərərçəkmiş bununla bağlı şirkət rəhbərliyinə şikayət etsə də, onun probleminə məhəl qoyulmayıb. Buna görə də Dövlət Əmək Müfəttişliyinə müracət etməli olan mühafizəçinin şikayətinə burada da gözlədiyi reaksiya verilməyib: “Əmək Müfəttişliyinə bizim şirkətdən cavab olaraq bildirilib ki, şikayətçi əmakdaşa töhmət verilməyib və o, guya öz hesabına məzuniyyət götürüb (Saxta məzuniyyət sənədi düzəldilib). Məni işə buraxmadıqları halda, işə gəlməməyimlə bağlı mənə xəbərdarlıq məktubu göndərdilər. İllər boyu sahə rəisimiz olan R.Rüstəmovun isə, ümumiyyətlə şirkətin əməkdaşı olmadığını qeyd ediblər…”

Hələ 2013-cü ildə şirkətdə qəza nəticəsində çiynindən ciddi xəsarət alan zərərçəkmiş, o vaxt şirkətin mənafeyini üstün tutaraq şirkətdən heç bir orqana şikayət etmədiyini və heç bir təzminat tələb etmədiyini də bildirib. Lakin hazırda üzləşdiyi ədalətsizlikdən şikayət etməyə məcbur qaldığını deyir. 2010-cu ildən mühafizə xidmətində çalışan şikayətçi Daxili İşlər Nazirliyi və Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciətlərin nəticə verməməsi səbəbindən məhkəməyə üz tutmalı olub. Hazırda onun işi Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatındadır.

K.Orucəliyev sonda böyük bir holdinqin qarşısında tək qaldığını qeyd edərək, Mehriban Əliyevadan yardım istəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 “Bakı Abadlıq Xidməti” milyonlarla manatı hara xərcləyib? Mediaxeberleri.az “Bakı Abadlıq Xidməti” MMC-nin fəaliyyəti haqqında “haqqın.az” portalının hazırladığı məqaləni təqdim edir. Qəribə şəkildə yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilən “Bakı Abadlıq Xidməti” adlı özəl müəssisənin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlərin talan
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az