t s

» » Kreml Rusiyaya qarşı ərazi iddialarına şans verdi

Kreml Rusiyaya qarşı ərazi iddialarına şans verdi

14-03-2019, 09:35 Yazar:  Səma Baxılıb: 32 Çap et
Kreml Rusiyaya qarşı ərazi iddialarına şans verdi
Dünyanın bir sıra dövlətləri Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Helsinkidə əldə olunmuş razılaşmanın əsas müddəası II Dünya müharibəsindən sonra müəyyən edilmiş sərhədlərin qorunması, müdaxilələrin olmamasıdır:


“1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə əldə edilmiş razılaşmada bildirilir ki, II Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin pozulması qadağandır. Bu sərhədlərin pozulması yeni dünya nizamına qarşı çıxmaqdır və bütün beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün güc və qüvvətini birləşdirməlidir. Çünki bundan əvvəlki müdaxilələrin nəticəsi II Dünya müharibəsinin başlamasına gətirib çıxarmışdı. Müharibədən sonra dövlətlər nüfuzlu beynəlxalq qurumlar yaradıb, orada birləşdilər ki, növbəti mərhələdə dövlətlərin sərhədlərinə müdaxilələr olmasın”.

Politoloq qeyd edib ki, Helsinki Yekun Aktında dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı əsas prinsipdir:

“Amma Rusiya Krımın anneksiyası ilə həm beynəlxalq qanunları, həm də yaradılmasında bilavasitə iştirak etdiyi razılaşmanın müddəalarını pozdu. Bu isə bumeranq effekti verə bilər”.

Qeyd edək ki, rusiyalı siyasətçi Konstantin Borovoy bildirib ki, Krımın anneksiyasından sonra SSRİ və ya Rusiyanın ərazisini işğal etdiyi istənilən dövlət ona qarşı ərazi iddiaları irəli sürə bilər. Onun sözlərinə görə, faktiki olaraq Rusiya Avropada sərhədlərin toxunulmazlığı (Helsinki razılaşması) barədə razılaşmanı qanunsuz saymağı təklif etmiş oldu.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:22 Rəsmi Bakı işğal olunmuş ərazilərin qaytarılmasını tələb edir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar açıqlama yayıb. Mediaxeberleri.az-ın məlumatına görə, H. Hacıyev bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM, daha sonra – ATƏT)
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:24 Moskvanın bufer dövlətlər taktikası İmperiya siyasəti, yoxsa özünüqoruma instinkti? Rusiya NATO və ABŞ-ın sərhədləri yaxınlığında möhkəmlənmək planlarına qarşı hərəkətə keçib. Məqsəd qonşu dövlətlər, xüsusilə də Azərbaycan da daxil olmaqla keçmiş SSRİ respublikalarının NATO-ya yaxınlaşmalarının qarşısını almaqdır. Stalinin “Dəmir
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az