t s

» » Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb - VİDEO

Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb - VİDEO

13-03-2019, 23:27 Yazar:  Eldar Baxılıb: 70 Çap et
Şəkidə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb - VİDEO
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiri və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçiblər. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərə Aqrar İnkişaf Könüllüləri, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları cəlb olunublar. Təlim keçmiş şəxslər Şəki DAİM-də, Şəki "ASAN xidmət” mərkəzində, Orta Zəyzid və Baş Zəyzid kəndlərində yaradılmış səyyar məntəqədə fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Fermerlər bu məntəqələrə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçirlər.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Şəki "ASAN xidmət” mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb, Səyyar "ASAN xidmət” avtobusu Orta Zəyzid və Baş Zəyzid kəndlərində fermerlərə xidmət göstərir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə əlaqədar Quba və Şəki rayonlarında pilot layihə reallaşdırır. Quba rayonunda göstərilən səyyar informasiya-məsləhət xidməti çərçivəsində 1000-dən artıq fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:10 İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin müddəti uzadıldı Azərbaycan Prezidenti 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. İcbari Tibbi Sığorta üzrə
16:39 Kamran Nəbizadə: Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır (MÜSAHİBƏ) Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadənin Trend-ə müsahibəsi - Bu yaxınlarda “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
15:53 Şəkidə “ASAN Həyat” istifadəyə verildi Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər. Mediaxeberleri.az xəbər verir ki, Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı Şəki “ASAN

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az