t s

» » «Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir

«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir

13-03-2019, 23:10 Yazar:  Aytən Məmmədli Baxılıb: 54 Çap et
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
Ağstafada «Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir keçirildi

Mediaxeberleri.az
xəbər verir ki, Ağstafa şəhər 3 saylı tam orta məktəbində 9-11-ci sinif şagirdləri arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Ağstafa rayon İcra hakimiyyəti, rayon prokurorluğu, rayon polis şöbəsi və Gənclər və idman idarəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, müəllimlər iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Eyyubova qonaqları salamlayaraq tədbirin əhəmiyyəti barədə danışdı və ümumdünya problemi olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Lalə Eyyubova qeyd etdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.

Rayon polis şöbəsinin rəisi polis palkovniki Elsəvər Aslanov, rayon prokurorunun köməkçisi Rəhim Hüseynli, Gənclər İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov, Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və başqaları çıxış edərək rayonda dini radikalizm, erkən nigahlar, insan alveri, zərərli maddələrin dövriyyəsinə qarşı keçirilən tədbirlər və görülən profilaktiki işlər barədə geniş məlumat verdilər.

Dini radikalizm və zərərli maddələrin cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir
«Narkomaniyaya yox deyək» mövzusunda maarifləndirici tədbir




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
19:08 AĞSTAFA: Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək! Ağstafa rayonu, Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Ağstafa rayon İcra hakimiyyəti, rayon polis
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az